Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan TDT-də və beynəlxalq miqyasda fəal təşəbbüskar ölkədir - ŞƏRH

Azərbaycan TDT-də və beynəlxalq miqyasda fəal təşəbbüskar ölkədir -  ŞƏRH

Bakı, 9 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına(TDT) üzv ölkələrlə əlaqələrimiz ortaq tarixə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə əsaslanır. Azərbaycan təşkilatın təsisçi üzvlərindən biri olaraq TDT-nin yaranmasında və inkişafında aparıcı rol oynayıb, eləcə də üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrinin əməkdaşlıq platformaları kimi dərinləşdirilməsinə davamlı töhfələr verib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, müstəqilliyimizin bərpasından sonra Türk dünyası ilə münasibətlərin sistemli şəkildə inkişafı Azərbaycanın xarici siyasət prioritetləri sırasında özünü aydın şəkildə göstərir. Bu gün Azərbaycan TDT çərçivəsində irəli sürülən təşəbbüslərin fəal iştirakçısı olmaqla yanaşı, təşkilatın beynəlxalq nüfuzunun və strateji çəkisinin artırılmasına, regionda sabitliyin möhkəmləndirilməsinə və inteqrasiyanın təşviqinə mühüm töhfələr verir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı Azərbaycan-Türk dünyası münasibətlərinin yalnız tarixi yaddaş üzərində deyil, həm də müasir geosiyasi və strateji məqamlar əsasında formalaşmaqda olduğunu təsdiqləyir. Qəbələdə keçirilmiş bu Zirvə Görüşü TDT-nin regional sabitliyin təminatçısı və beynəlxalq siyasətdə təsir gücü olan aktor kimi mövqeyinin möhkəmlənməsində yeni mərhələnin başlanğıcı kimi ifadə edilə bilər. Dövlətimizin başçısının çıxışında xüsusi qeyd edilən əsas məqamlardan biri də odur ki, TDT artıq əməkdaşlıq platforması olmaqdan çıxaraq ciddi geosiyasi mərkəz kimi formalaşır.

“Azərbaycanın sülh təşəbbüsləri və diplomatik uğurları, eləcə də 44 günlük Vətən müharibəsi və sonrakı mərhələdə zərurətə çevrilən antiterror tədbirləri ilə əldə edilmiş Zəfərimiz yalnız ərazi bütövlüyünün bərpa olunması üçün atılmış addım deyil, eyni zamanda, regionda sülh və stabil inkişaf üçün əsasları formalaşdıran tarixi hadisədir. Vaşinqtonda paraflanan sülh mətni və Minsk qrupunun rəsmi olaraq ləğv edilməsi Azərbaycanın sülh gündəminin beynəlxalq arenada əsas yanaşma kimi qəbul edilməsində mühüm rol oynayır. Nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələr, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı atılan addımlar Azərbaycanın regionda tranzit və kommunikasiya mərkəzinə çevrilməsinə xidmət edir. Bu dəhliz həm Orta Dəhliz, həm də Şimal-Cənub nəqliyyat xətlərinin strateji hissəsi kimi türk dünyasının birləşdirici elementi olaraq qiymətləndirilə bilər. Enerji strategiyamız isə həm böyük qaz ixracatçısı kimi etibarlı tərəfdaş olduğumuzu göstərir, həm də bərpaolunan enerji mənbələrinə keçid istiqamətindəki məqsədlərimiz milli maraqlarımızın enerji təhlükəsizliyi və davamlı inkişafla uzlaşmasını təmin edir. Hərbi əməkdaşlıq və müdafiə sahəsindəki təşəbbüslər, xüsusilə də 2026 cı ildə TDT-yə üzv ölkələrinin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsi planı təşkilat daxilində regional təhlükəsizliyin təmin edilməsində Azərbaycanın rolunu artırır. Bu, həm də Türkiyə ilə güclənən hərbi-texniki münasibətlər və ortaq müdafiə konsepsiyalarının formalaşması baxımından mühüm siyasi əhəmiyyətə malikdir”, - deyə A.Qurbanova vurğulayıb.

Politoloqun sözlərinə görə, mədəniyyət və kimlik məsələləri də siyasətimizin ön sıralarında qalmaqda davam edir. İlk Türkoloji Qurultayın 100 illik yubileyi təşəbbüsü Türk dünyasında Azərbaycanın mədəni liderliyinin bariz nümunəsidir. Ortaq tarix, dil və milli-mənəvi dəyərlər üzərində qurulan mədəni birlik siyasi və iqtisadi inteqrasiyanın ideoloji və mənəvi təməlini möhkəmləndirir. İşğaldan azad edilmiş ərazilərimizdə Türk dövlətlərinin dəstəyi ilə inşa olunan məktəblər, mədəniyyət müəssisələri və məscidlər Türk həmrəyliyinin real və simvolik ifadələridir. Bu layihələr qardaş dövlətlər arasında həmrəylik və ortaq məsuliyyətin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq hədəfidir.

O əlavə edib ki, Azərbaycan yalnız milli maraqlarını qorumaqla kifayətlənmir, eləcə də Türk Dövlətləri Təşkilatının geosiyasi, iqtisadi və mədəni yüksəlişini strateji prioritet kimi qəbul edir. Ona görə də “güclü Azərbaycan - güclü Türk birliyi” və “sabit Cənubi Qafqaz – güclü Avrasiya” prinsipləri dövlətimizin regional və beynəlxalq siyasət xəttinin əsas istiqamətlərindəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Yağışlı hava şəraiti sabah da davam edəcək

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – Dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır