Azərbaycan Texniki Universitetinin tələbələri “Azərişıq” ASC-də işlə təmin olunacaq
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika, elektrotexnika və avtomatika fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri “Azərişıq” ASC-nin tanınmış təlimçilərinin onlayn təcrübə proqramında iştirak ediblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, üç ay davam edəcək proqramda tələbələr ixtisaslarına uyğun nəzəri biliklərini təkmilləşdirmək və praktiki tətbiq etmək imkanı əldə edəcəklər. Təcrübə proqramını yüksək nəticə ilə bitirən iştirakçılar ASC-də işlə təmin olunacaq.