AZƏRBAYCAN-UKRAYNA: HÜQUQİ ƏMƏKDAŞLIĞIN YENİ MƏRHƏLƏSİ
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası və Ukrayna arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Ukraynanın ədliyyə naziri Aleksandr Lavrinoviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun dəvəti ilə iyulun 14-də Bakıya rəsmi səfərə gəlmişdir.
Səfərin ilk günü qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarları üzərinə əklil və tər çiçək dəstələri qoymuş, onların əziz xatirəsini yad etmişlər.
Azərbaycan ilə Ukrayna arasında hüquqi sahədə əməkdaşlığa əlavə təkan verən bu səfər çərçivəsində hər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişin imzalanması mərasimi keçirilmişdir.
İmzalanma mərasimindən sonra çıxış edən hər iki nazir bu Sazişin ölkələrimizin hüquqi sahədə əməkdaşlığının daha da inkişafına xidmət edəcəyi barədə yekdil fikir söyləmişlər.
Ukraynalı qonağın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyevlə görüşü olmuşdur.
İki günlük səfər proqramına uyğun olaraq, Ukraynanın ədliyyə naziri Respublikanın Baş prokurorluğunda görüş keçirəcək, Azərbaycanın cəzaçəkmə müəssisələrinə baş çəkəcək, penitensiar sistemdə aparılan islahatlarla və məhkəmlərin fəaliyyəti ilə yaxından tanış olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.04.2025 [12:56]
Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub
- 21.04.2025 [11:32]