AZƏRBAYCAN UNİVERSİTETİNIN TƏQDİMAT MƏRASİMİ
Mayın 24-də “Excelsior” hotelində Azərbaycan Universitetinin yeni internet saytı, 2007-2015-ci illər üçün müfəssəl strateji inkişaf planı və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tətbiqinə icazə verilmiş Biznes İdarəçiliyi üzrə bakalavr proqramlarının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövət Komissiyasının nümayəndələri, Milli Məclisin deputatları, bir sıra dövlətlərin Azərbaycandakı səfirliklərinin əməkdaşları beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri, ali məktəblərin rektorları və digər məsul şəxslər, Azərbaycan Universitetinin tərəfdaşı olan bir sıra əcnəbi ali məktəblərin, o cümlədən ABŞ-ın Corciya Universitetinin Mak Robinson Biznes Kolleci, Gürcüstanın Qafqaz Universiteti və Şimali Kipr Yaxın Doğu Universitetinin nümayəndələri iştirak etmişdir.
Azərbaycan Universitetinin yeni web-saytında ali məktəbin tarixi, strateji inkişaf istiqamətləri, fakültələri, ixtisasları, idarəçilik strukturu, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilir. Biznes İdarəçiliyi üzrə bakalavr BBA və MBA proqramları isə ABŞ-ın Corciya Dövlət Universitetinin M.Robinson Biznes Kolleci və Gürcüstanın Qafqaz Universiteti ilə birgə tətbiq ediləcəkdir. Bu proqramlar 3 universitet arasında son zamanlar inkişaf edən əlaqələr nəticəsində yaradılmışdır.
![]() |
![]() |

