AZƏRBAYCAN VƏ ÇEXİYA XİN-LƏRİ ARASINDA SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Praqada çexiyalı həmkarı ilə siyasi məsələlərə dair məsləhətləşmələr aparmışdır.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirmişdir ki, məsləhətləşmələr zamanı ikitərəfli əlaqələrə, habelə Azərbaycanın Avropa Qonşuluq Siyasətində iştirakına, Azərbaycan-NATO münasibətlərinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və GUAM-ın fəaliyyətinə dair müzakirələr aparılmışdır.
Araz Əzimov səfər çərçivəsində Çexiya parlamentinin xarici əlaqələr komitəsinin sədri və Vışeqrad qrupunun səfirləri ilə də görüşmüşdür.
Görüşlərdə Çexiya-Azərbaycan, Çexiya-GUAM, habelə Vışeqrad qrupu-Azərbaycan, Vışeqrad qrupu-GUAM əməkdaşlığına dair məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]