Azərbaycan və Çin şirkətləri arasında sazişlər imzalanıb
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan və Çin şirkətləri arasında iki saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma iyulun 8-də Bakıda keçirilən "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı" çərçivəsində baş tutub.
Sazişlər nəqliyyat və turizm sahəsində əməkdaşlığı, habelə şirkətlər arasında ticarətin inkişafını nəzərdə tutur.