AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRLƏRİ STRASBURQDA GÖRÜŞMÜŞLƏR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Strasburqda Fransanın Avropa Şurasındakı daimi nümayəndəliyində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla ilk görüşü olmuşdur.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Mətyu Brayzə (ABŞ) və Yuri Merzlyakov (Rusiya), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak etmişlər.
Əsasən tanışlıq xarakteri daşıyan görüşdə nazirlər ölkələrinin mövqeyini nümayiş etdirmişlər. Azərbaycanın xarici siyasət idarəsinin başçısı vurğulamışdır ki, məsələnin həlli və problemdən çıxış yolunun tapılması üçün imkanlar vardır.
Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı müzakirələr aparılmışdır.
Nazir E.Məmmədyarov bildirmişdir ki, bu görüşün təşkili ilə bağlı bir neçə variant vardır. Bu barədə prezidentlərə hesabat veriləcək və onlar görüş barədə qərar qəbul edəcəklər.
Elmar Məmmədyarov demişdir ki, prezidentlərin qərarı əsasında nazirlər növbəti dəfə də görüşə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]