Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN VƏ LİTVA PREZİDENTLƏRİ BİRGƏ BƏYANNAMƏ İMZALAMIŞLAR

AZƏRBAYCAN VƏ LİTVA PREZİDENTLƏRİ BİRGƏ BƏYANNAMƏ İMZALAMIŞLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Valdas Adamkus iyunun 8-də Bakıda Birgə Bəyannamə imzalamışlar.

Bəyannamədə deyilir ki, dövlət başçıları Azərbaycan Respublikası və Litva Respublikası arasında siyasi, iqtisadi və sosial əlaqələrin genişləndirilməsi məqsədi ilə, Azərbaycanın Avropa İttifaqı və NATO ilə gələcək əməkdaşlığının daha da inkişafı niyyəti ilə və Litva Respublikasının Prezidenti cənab Valdas Adamkusun Azərbaycana səfərinin iki ölkə arasında gələcək dostluq və tərəfdaşlığa təkan verəcəyinə əminliklərini bildirərək bəyan edirlər ki, Litva Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Prezidenti ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələri gələcəkdə inkişaf etdirəcəklərini təsdiqləyirlər. Prezidentlər əlaqələrin qanunun aliliyi, demokratiya, insan hüquqları və bazar iqtisadiyyatı kimi dəyərlər əsasında inkişaf etdirilməsində qətiyyətli olduqlarını qeyd edirlər. Litva tərəfi Azərbaycanda davam edən demokratikləşmə, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərinin gücləndirilməsinə yönəldilmiş səyləri alqışlayır.

Prezidentlər iki ölkə arasında ticarət, iqtisadi, turizm, səhiyyə, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın və texniki əməkdaşlığın səviyyəsinin dinamik surətdə inkişaf edən bazar iqtisadiyyatının potensialı və imkanlarına tam şəkildə uyğun gəlməsi üçün əlavə tədbirlər həyata keçirilməsini dəstəkləyirlər. Dövlət başçıları iki ölkə arasında səmərəli iqtisadi layihələrin həyata keçirilməsi, dövlət müəssisələri və özəl müəssisələr arasında əməkdaşlıq üçün əlverişli şəraitin təmin edilməsi və onların birliklərinin yaradılması, maliyyə və bank strukturları arasında əlaqələrin inkişaf etdirilməsinə kömək göstərməyə hazır olduqlarını ifadə edirlər.

Prezidentlər Azərbaycan Respublikasının Avropa İttifaqına yaxınlaşmasında Avropa Qonşuluq Siyasətinin müsbət təsirini məmnuniyyətlə vurğulayır və Fəaliyyət Planının yekunlaşmasında maraqlı olduqlarını bəyan edirlər. Tərəflər Azərbaycan Respublikasının Avropa və Avratlantik strukturlarına inteqrasiyasına yardım olunmasına istiqamətlənmiş əlaqələri inkişaf etdirəcəklər. Bu məqsədlə Litva Respublikasının Prezidenti aşağıdakı sahələrdə Litvanın dövlət təsisatlarının Azərbaycan Respublikasının Avropa və Avratlantik strukturlarına inteqrasiyası yolunda öz təcrübələrini bölüşməyə hazır olduqlarını təsdiq edir:

- inzibati strukturun gücləndirilməsi, islahat prosesində təcrübə mübadiləsi, mülki qulluqçuların Avropaya inteqrasiya məsələlərində treninqi;

- Avropaya inteqrasiya məsələlərinə dair birgə məsləhətləşmələrin, konfransların və digər fəaliyyətlərin həyata keçirilməsi;

- qanunvericiliyin Avropa İttifaqının standartlarına uyğunlaşdırılması sahəsində təcrübə mübadiləsi;

- cəmiyyətin Avropa İttifaqı haqqında məlumatlandırılması üçün kommunikasiya strategiyasının inkişafına dair təcrübə mübadiləsi və islahat üçün ictimai dəstəyin artırılması;

- Azərbaycan Respublikası ilə NATO arasında “Fərdi tərəfdaşlığın fəaliyyət planı”nın müvəffəqiyyətlə həyata keçirilməsi;

- birgə görüşlər, məsləhətləşmələr və treninqlər yolu ilə hərbi islahatlara dair təcrübə mübadiləsi;

- təhlükəsizlik sahəsində milli qanunvericiliyin qəbulu və NATO-nun prinsipləri və tələblərinin müdafiəsi;

- müvafıq qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın təşviqi.

Bəyannamədə deyilir ki, Litva tərəfi Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların vacibliyini vurğulayaraq, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmaq təşəbbüsünü dəstəklədiyini bildirir.

Tərəflər BMT Nizamnaməsinin prinsiplərini və ATƏT-in Lissabon Sammitində qəbul edilmiş üç prinsipi tam dəstəkləyərək və onları rəhbər tutaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həll edilməsinin vacibliyini bildirirlər. Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT çərçivəsində davam edən səylərə, Minsk qrupunun fəaliyyətinə istinad edərək, bu istiqamətdə daha təsirli və qətiyyətli addımlar atılmasının vacibliyini bir daha vurğulayırlar.

Sənəddə daha sonra deyilir ki, Tərəflər mütəşəkkil cinayətkarlıq, korrupsiya, qanunsuz miqrasiya, insan alveri, çirkli pulların yuyulması, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların, zəhərli kimyəvi maddələrin, silahların, partlayıcı vasitələrin qanunsuz dövriyyəsi, habelə hava quldurluğu ilə və qaçaqmalçılıqla mübarizədə əməkdaşlığın zəruri olduğunu bir daha qeyd edirlər.

Tərəflər Avropada enerji təhlükəsizliyinin artan önəmliliyini vurğulayır və eyni zamanda, Xəzər dənizi regionunun enerji ehtiyatlarını Avropanın enerji şəbəkəsi ilə birləşdirən enerji, nəqliyyat layihələrinin inkişafını dəstəklədiklərini bəyan edirlər. Bu baxımdan Tərəflər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, habelə Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihələrinin həyata keçirilməsinin beynəlxalq əhəmiyyətini qeyd edirlər.

Bəyannamədə daha sonra deyilir: Azərbaycan Respublikasının və Litva Respublikasının prezidentləri əmin olduqlarını bildirirlər ki, ikitərəfli və beynəlxalq əməkdaşlıq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Bununla əlaqədar, Tərəflər Baltikyanı dövlətlər və Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığın intensivləşdirilməsini xüsusi vurğulayaraq, Baltik və Xəzər dənizləri regionları arasında əməkdaşlığı təşviq edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib