Azərbaycan və Mərakeşin qida mütəxəssisləri arasında görüş keçirilib
Bakı, 24 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və Mərakeş Krallığının Qida Təhlükəsizliyi üzrə Milli Ofisinin nümayəndə heyəti arasında videokonfrans formatında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə hər iki qurumun fəaliyyət istiqamətləri üzrə təqdimatlar edilib. Eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” saziş layihəsinin müddəaları üzrə fikir mübadiləsi aparılıb.
Görüş zamanı laboratoriyaların fəaliyyəti haqqında müzakirələr edilib, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə görüşün keçirilməsinə dair razılıq əldə olunub.
Müzakirə olunan məsələlərlə əlaqədar təkliflər dinlənilib, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]