Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Qırğızıstan prezidentlərinin birgə mətbuat konfransı

Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin birgə mətbuat konfransı olmuşdur.

Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab Prezident, Sizi Azərbaycan torpağında bir daha ürəkdən salamlayıram. Sizin Prezident kimi ilk rəsmi səfərlərinizdən birini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, dostluq və qardaşlıq əlamətidir. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açacaqdır. Bizim qardaş xalqlarımız əsrlər boyu həmişə sülh və dostluq şəraitində yaşamış, həmişə bir-birinə böyük sevgi və rəğbətlə yanaşmışlar.

Bu gün iki müstəqil dövlət kimi Qırğızıstan və Azərbaycan əcdadlarımızın ənənələrinə sadiqdirlər. Bu gün biz münasibətlərimizin inkişafının yeni mərhələsinə başlayırıq. Biz həmişə çalışmışıq ki, ölkələrimiz arasında münasibətlər dinamik və səmərəli inkişaf etsin. Lakin təəssüf ki, müəyyən vaxt itirilmişdir. Siz Qırğızıstana rəhbərlik edəndən sonra biz münasibətlərimizin inkişaf dinamikasını, bu münasibətləri inkişaf etdirmək üçün real, ciddi əzmkarlıq göstərildiyini görürük. Ən başlıcası, biz öz vədlərimizə və razılaşmalarımıza sadiqik. Bir neçə ay bundan əvvəl olmuş ilk görüşümüz artıq münasibətlərimizin fəallaşmasına gətirib çıxarmışdır, bizim strukturlar və şirkətlər arasında artıq əlaqələr mövcuddur. Sizin Azərbaycana səfəriniz ikitərəfli əlaqələrin inkişafına bizim necə yanaşmağımızın sübutudur.

Bu gün biz həm siyasi baxımdan, həm iqtisadi sahədə, həm də investisiya siyasətində münasibətlərimizin qarşıdakı onilliklər üçün inkişafının yollarını müəyyən edirik. Bu gün biz münasibətlərimizin inkişafının əsas istiqamətlərini müəyyən etdik. Biz qarşılıqlı siyasi əlaqələri möhkəmlətməkdə davam edəcək, beynəlxalq təşkilatlarda fəal işləyəcək, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcək və beləliklə, birliyimizi daha da möhkəmlədəcəyik.

Bu gün biz iqtisadi sahədə münasibətlərimizin əsas inkişaf yollarını müəyyən etdik, razılaşdıq ki, Qırğızıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının birinci iclası gələn ay keçiriləcəkdir. Bizim strukturlara fəaliyyət istiqamətləri barədə konkret tapşırıqlar verildi, iqtisadi, investisiya, energetika sahələrində potensial əməkdaşlığın konkret layihələri nəzərdən keçirildi.

Əlbəttə, humanitar əməkdaşlıq çox mühüm rol oynayır. Dillərimizin, mədəniyyətlərimizin, tarixi keçmişimizin ümumiliyi bizim əlaqələri möhkəmləndirir. Biz münasibətlərimizi geniş miqyasda, səmərəli və dinamik inkişaf etdirmək və tərəfdaşlıq münasibətlərinə transformasiya etmək əzmindəyik. Əminəm ki, bu gün barəsində razılığa gələcəyimiz məsələlər konkret nəticələr verəcəkdir. Ona görə ki, çox müsbət ikitərəfli əzmkarlıq və başlıcası, müəyyən etdiyimiz qərarları yerinə yetirməyə sadiqlik vardır.

Bu gün imzalanmış sənədlər də niyyətlərimizə dəlalət edir. Yəqin ki, bu gün imzalanmış sənədlərin sayı ölkələrimizin müstəqilliyinin bütün 20 ili ərzində imzalanmış sənədlərin sayından çoxdur. Bu da, əvvələn, münasibətlərimizdə itirilmiş vaxtın göstəricisi, həmçinin ölkələrimiz arasında münasibətləri qurmaq əzmimizin göstəricisidir.

Əminəm ki, münasibətlərimizin böyük gələcəyi vardır. Biz bundan sonra da ikitərəfli planda, regional münasibətlərdə fəal işləyəcəyik. Biz, həmçinin türk dünyasının birliyini daha da möhkəmlətmək, inteqrasiya proseslərində fəal iştirak etmək, planetimizdə yaşayan türk xalqlarının yaxınlaşdırılmasına yönəldilmiş bütün təşəbbüsləri dəstəkləmək barədə razılığa gəldik. Burada bizim baxışlarımız tamamilə üst-üstə düşür və bizə çox xoşdur ki, türk dünyası Prezident Atambayevin şəxsində xalqlarımızın birliyinin, ümumi tarixlə, ümumi mədəniyyətlə birləşən müstəqil dövlətlərin yaxınlaşmasının çox fəal təbliğçisini və tərəfdarını qazanmışdır.

Əminəm ki, Sizin səfəriniz çox uğurlu, səmərəli olacaq, yaxşı nəticələr verəcəkdir. Siz dediniz ki, Azərbaycanda 21 il əvvəl olmusunuz. Bu, həm də bizim ölkənin bugünkü reallıqları ilə tanış olmaq və mənim artıq dediyim kimi, münasibətlərimizin inkişafının gələcək istiqamətlərini müəyyən etmək üçün bir fürsətdir.

Sizə və nümayəndə heyətinizin üzvlərinə ən xoş arzularımı bildirir, Azərbaycanda vaxtınızın yaxşı keçməsini diləyirəm.

 

Prezident Almazbek Atambayevin bəyanatı

-Hörmətli İlham Heydər oğlu!

Əvvələn, dünəndən bəri bizə göstərilən bu səmimi, qardaş münasibətə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu, həqiqətən əsl qardaşlıq münasibətidir. Mənim üçün bu, bəlkə də taleyin qismətidir, lakin çox əlamətdardır. Fəxr edirəm ki, Qırğızıstanın 20 ildə Azərbaycana ilk dəfə rəsmi səfərə gəlmiş birinci Prezidentiyəm. Sizin haqlı olaraq qeyd etdiyiniz kimi, biz 20 ili itirmişik. Ancaq düşünürəm ki, biz bu 20 ilin əvəzini çox tez bir vaxtda çıxacağıq. Sizin dediyiniz kimi, bu gün 20 il ərzində imzalandığından daha çox sayda, özü də real sənəd imzalanmışdır. Gələn ay biz hökumətlərarası komissiyanın iclasını keçirəcəyik, özü də komissiyanın qarşısında real vəzifələr qoyulmuşdur - energetika, investisiyalar, investisiya fondunun yaradılması və digər sahələrdə. Bilirsiniz, düşünürəm ki, biz bu itirilmiş vaxtın əvəzini çıxacağıq.

Doğrudan da, Sizin haqlı olaraq qeyd etdiyiniz kimi, bizim ümumi tariximiz vardır. Bunu çox vaxt unudanlar onu da xatırlamalıdırlar ki, Sibirdən başlamış Qara dənizə qədər nəhəng bir ərazidə yaşayan xalqlar həmişə, gah xaqanlıq - türk, qırğız, uyğur xaqanlığı, gah Qızıl Orda, gah Rusiya imperiyası, gah Sovet İttifaqı adı altında birləşməyə çalışmışlar. Ona görə ki, bütün bu ərazidə qardaş xalqlar yaşayır. Elə həmin Rusiyada, məncə, əhalinin təxminən 20 faizi türkdillidir. Rusiyanın tarixi, istər hərbi, istərsə mədəni tarixi Turgenev, Aksakov, Kuprin və başqa xeyli türk mənşəli görkəmli şəxsiyyətlərlə zəngindir. Buna görə düşünürəm ki, bu birləşmə, keçmişi unutmamaq, əlbəttə, çox aktualdır. Çünki deyiblər: Əgər kim keçmişə tapançadan atəş açsa, gələcək onu top atəşinə tutacaqdır.

Mən bugünkü görüşlərə çox şadam. Çox şadam ki, olduqca mühüm siyasi və iqtisadi sənədlər imzalanmışdır.

Bildirmək istəyirəm ki, biz hörmətli İlham Heydər oğlunu bu ilin avqust ayında Qırğızıstana rəsmi səfərə dəvət etmişik. Möhtərəm Prezident səfərə gəlməyi vəd etmişdir. Yəqin ki, Türkdilli Ölkələrin Sammitini də həmin vaxtda keçirəcəyik.

Mən düşünürəm ki, münasibətlərimiz əslində tamam başqa mərhələyə keçir. Hər iki nümayəndə heyətinin üzvləri bunu danışıqlar zamanı gördülər. Mənə belə gəlir ki, Allahın köməyi ilə ölkələrimiz arasında tamamilə başqa münasibətlər yaranacaqdır və biz bu 20 il ərzində itirdiklərimizin əvəzini çıxacağıq.

Sonda demək istəyirəm ki, mən Bakıda əslində bir dəfə olmuşam - 1991-ci ildə, 21 il bundan əvvəl. Əlbəttə, mən Bakını hətta tanıya bilmirəm. Bu, tamam başqa ölkədir. Bu ölkənin nümayəndəsi “Eurovision” müsabiqəsində qalib gəlmişdir. Bakıya baxdıqca yalnız yaxşı mənada həsəd aparmaq və fikirləşmək olar ki, bizim Bişkek də, əlbəttə, belə olmalıdır. Biz bunu öyrənəcəyik. Çox şey öyrənəcəyik. Əlbəttə, düşünürəm ki, prezidentlər sarıdan - hörmətli Heydər Əlirza oğlu sarıdan, İlham Heydər oğlu sarıdan Azərbaycanın bəxti çox gətirmişdir. Azərbaycan çox inamla, güclü addımlarla irəliləyir. Biz ondan çox şey öyrənə bilərik. Ən başlıcası, bizim birlikdə görməli olduğumuz işlər vardır. Düşünürəm ki, bu dəfə artıq bu fəaliyyət xəttindən çəkilməyəcək və fəal işləyəcəyik.

Sağ olun!

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

X X X

Bermet Kurmanbekov (Qırğız Respublikası İctimai Teleradio Yayım Korporasiyası): Mənim sualım Almazbek Şarşenoviçədir. Bundan əvvəl Qırğızıstanda neft emalı zavodunun istifadəyə verilməsi haqda Sizinlə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında razılıq əldə edilmişdi. Həmin məsələ bu gün müzakirə edilmişdirmi? Bu təşəbbüs nə dərəcədə reallaşdırıla biləndir?

Prezident Almazbek ATAMBAYEV: Əlbəttə, müzakirə edilmişdir. Azərbaycanın Baş nazirinin birinci müavini hörmətli Yaqub Abdulla oğlu mənə vəd etmişdir ki, aprel ayında Bişkekdə biz Qırğızıstanda neft emalı zavodunun tikilməsi haqda qəti qərar qəbul etməyə çalışacağıq. Biz bu məsələdə də Azərbaycan Prezidentinin çox güclü dəstəyini hiss edirik. Bu iş məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanmışdır. Allah qoysa, 2-2,5 milyon ton gücündə neft emalı zavodu tikilməsi haqda qərar qəbul ediləcəkdir. Əlbəttə, Qırğızıstan üçün bu, real müstəqilliyə doğru çox böyük addım olacaqdır. Əgər Qırğızıstanda yanacaq-sürtkü materialları, benzin, dizel yanacağı, aviasiya ağ nefti istehsal edilərsə, bu, irəliyə doğru nəhəng addım olacaqdır. Biz bu işə Azərbaycan Prezidenti və Azərbaycanın digər rəhbərləri tərəfindən göstərilən dəstəyə görə çox minnətdarıq.

Albina Atlıxanova (Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC): Mənim sualım Qırğız Respublikasının Prezidentinədir. Cənab Prezident, Siz Azərbaycan ilə Qırğızıstan arasında konkret hansı sahələrdə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini perspektivli hesab edirsiniz?

Prezident Almazbek ATAMBAYEV: Bilirsinizmi, həqiqətən 20 il itirilmişdir. Görünür, qismət belə imiş, Allah belə istəmişdir. Lakin bu gün biz bütün istiqamətlər üzrə irəliləmək üçün neft emalı zavodundan başlamış bank, turizm sahələrinə, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun yaradılmasına qədər qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik. Bizim öyrənməli olduğumuz məsələlər, birlikdə sərmayə qoya biləcəyimiz sahələr vardır. Sirr deyildir ki, Azərbaycan Gürcüstandan başlamış Avropaya qədər çox ölkələrdə milyardlarla sərmayə qoymuşdur. Buna görə mən dedim ki, Qırğızıstana da bir milyard sərmayə qoyulsa yaxşı olardı. Düşünürəm ki, hörmətli İlham Heydər oğlu bu fikri dəstəkləyər.

Bizim aviasiya yolları da daxil olmaqla olduqca çoxlu tətbiq sahələri vardır. Ola bilsin ki, biz İssık-Kulda Tamçi aeroportunun tikilməsinin mümkünlüyünü müzakirə edəcəyik.

Fikrimcə, qarşıda bizi çox fəal, səmərəli iş gözləyir və birgə işləməli olduğumuz məsələlər vardır.

Balbak Tulebayev (“Ayat-press” qəzeti): Mənim sualım Prezident İlham Heydər oğlunadır. 1992-ci ildən türkdilli ölkələrin sammitləri keçirilir. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurası yaradılmışdır. Bu ölkələr bəzi məsələlərdə - mədəniyyət, təhsil, parlamentlərarası əlaqələr məsələlərində çox fəaldırlar. Lakin siyasi məsələlərdə onlar zəiflik göstərirlər. Məsələn, Oş hadisələrində, Ermənistan-Azərbaycan məsələsində. Bu baxımdan dövlətimizin başçısının səfəri güclü birliyin yaradılması üçün başlanğıc ola bilərmi?

Prezident İlham ƏLİYEV: Mən hesab edirəm ki, Qırğızıstan Prezidentinin türk dünyasının səylərini birləşdirmək üzrə fəal mövqeyi birliyimizi möhkəmlədəcəkdir. Biz öz tərəfimizdən həmişə çalışmışıq ki, türk dünyasının birliyini real təşəbbüslərlə möhkəmlədək. Bu istiqamətdə Bakıda müxtəlif tədbirlər, o cümlədən türkdilli ölkələrin dövlət başçılarının həm Bakıda, həm də Naxçıvanda sammitləri keçirilmişdir. Biz həmişə çalışmışıq ki, birliyimizi konkret məzmunla zənginləşdirək. Məsələn, Azərbaycanı Türkiyə ilə bağlayan enerji xarakterli layihələr bu gün region çərçivəsindən kənara çıxır və dünya miqyaslı ən mühüm enerji layihələridir. Azərbaycan həm də Qazaxıstandan və Türkmənistandan olan dostlarımız üçün neft, neft məhsulları, digər yüklər üzrə tranzit xidmətlərini həyata keçirir. Biz Azərbaycanı Türkiyə ilə və beləliklə, Avropanı Asiya ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yoluna yüz milyonlarla dollar sərmayə qoyuruq. Bu dəmir yolu bütün türkdilli dövlətlərə xidmət edəcəkdir. Yəni, bu, türk dünyasının birliyini möhkəmlədən investisiya siyasətimizin konkret istiqamətləridir.

Hesab edirəm ki, siyasi baxımdan da az iş görülməmişdir. Türkdilli dövlətlərin sammitlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmişə birmənalı mövqe, bu münaqişənin tənzimlənməsində Azərbaycanın haqq işinə dəstək, bu münaqişənin tənzimlənməsi ilə əlaqədar beynəlxalq qərarlara, beynəlxalq təşkilatların qətnamələrinə dəstək ifadə edilmişdir.

Beləliklə, biz qardaş dövlətlərin bizim üçün ən vacib məsələyə - artıq 20 ildən bəri davam edən erməni işğalına son qoyulması, münaqişənin tezliklə tənzimlənməsi məsələsi ilə bağlı mövqeyindən razıyıq. Bildiyiniz kimi, Ermənistan bizim ərazimizin 20 faizini işğal altında saxlamaqda davam edir, bir milyondan çox azərbaycanlını öz tarixi vətənlərindən qovmuş, etnik təmizləmə siyasəti aparmışdır və bu gün də beynəlxalq təşkilatların, o cümlədən ən mühüm təşkilat olan BMT-nin qərarlarını yerinə yetirmək istəmir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar yerinə yetirilməmişdir.

Buna görə, bir daha demək istəyirəm, biz türkdilli dövlətlərin türk dünyası ölkələrinin sammitlərinin qərarları çərçivəsində ifadə edilmiş mövqeyindən razıyıq.

Əlbəttə, türkdilli dövlətlərin qarşılıqlı dəstəyi bütün məsələlərdə əksini tapmalıdır. Bu, iqtisadi, siyasi dəstək, beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyət, beynəlxalq təşkilatlarda bir-birinin xeyrinə səsvermə deməkdir. Biz bu mövqeyə - türkdilli dövlətlərin həmrəyliyi mövqeyinə, həmçinin bütün islam dünyasının həmrəyliyi mövqeyinə həmişə sadiq olmuşuq. Biz bu istiqamətdə də iş aparır, təşəbbüslər göstəririk. Bizim təşəbbüsümüzlə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin çoxsaylı tədbirləri keçirilmişdir. 2009-cu ildə Bakı islam dünyasının mədəni paytaxtı seçilmişdi. 2018-ci il üçün bu fəxri ada Azərbaycanın digər qədim şəhəri - Naxçıvan layiq görülmüşdür.

Yəni, biz bu istiqamətdə fəal iş aparırıq və Qırğızıstan Prezidentinin şəxsində öz tarixi köklərinə sadiq olan bir insanı görmək mənə çox xoşdur. Mən bunu Almazbek Şarşenoviçə şəxsi söhbətimizdə də demişəm. İndi də açıq demək istəyirəm ki, bu, ikitərəfli münasibətlərimizin inkişafı, həmçinin türk dünyasının birliyini möhkəmlətmək işində əlavə nikbinlik yaradır. Türk dünyası çox böyük potensiala - insan resurslarına, yaxşı demoqrafik şəraitə malikdir. Bizim zəngin təbii ehtiyatlarımız - neft, qaz, metallar, su ehtiyatımız vardır. Biz Xəzər dənizi vasitəsilə bütün türk dünyasını birləşdirən çox geniş coğrafi əraziyə malikik. Buna görə də mövqelərimizin güclənməsi yalnız birliyimizin möhkəmlənməsi ilə bağlı ola bilər. Bugünkü səfər də birliyimizi möhkəmlətmək işinə töhfədir. Biz bu səfərə həm də bu baxımdan yanaşırıq və bu müsbət meyilləri gələcəkdə də davam etdirmək ümidindəyik.

Ceyhun Əliyev (ATV telekanalı): Mənim sualım Qırğız Respublikasının Prezidentinədir. Cənab Prezident, Siz bu gün ölkələrimiz arasında imzalanmış sənədlərin ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından rolunu necə qiymətləndirirsiniz?

Prezident Almazbek ATAMBAYEV: Hesab edirəm ki, bunlar dönüş yaradan sənədlərdir. Bir daha demək istəyirəm ki, Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır. Köklərimizə nəzər salmaq da təsadüfi deyildir, çünki son 20 ildə Qırğızıstanda iki dəfə - 1990-cı ildə və 2010-cu ildə separatçılıq cəhdləri olmuşdur. Özü də bu cəhdlər məhz onunla bağlı idi ki, insanlar öz köklərini unudurdular. Qırğızlar da, özbəklər də türkdürlər. Keçmişi xatırlamaq yalnız sülh işinə xidmət edir. Təbii ki, biz hər cür separatçılığın əleyhinəyik, ölkələrimizin ərazi bütövlüyünün tərəfdarıyıq. Hesab edirəm ki, bu sənədlər özləri həm iqtisadi, həm də siyasi baxımdan 20 il ərzində imzalanmamış həlledici sənədlərdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib