Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı işarələrin istifadə qaydaları hazırlanmışdır
Bakı, 15 iyul (AZƏRTAC). Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi qaydaları müəyyənləşdirilmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, yeni qaydalar “Mədəniyyət və turizm sahəsində informasiya və reklam konsepsiyası”na uyğun olaraq hazırlanmışdır. Azərbaycan xalqının tarixi, mədəni sərvətləri sayılan adların siyahısı artıq hazırdır. İndiyədək 17 hüquqi və fiziki şəxsə belə adlardan istifadəyə icazə verilmişdir.
Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən istifadə edən hüquqi və fiziki şəxslərin nazirlikdən icazə almalarını təmin etmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq əsasında müvafiq tədbirlər görüləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [20:10]
“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi
- 28.05.2026 [20:04]
Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir
- 28.05.2026 [12:02]
Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO
- 27.05.2026 [21:11]
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub VİDEO
- 27.05.2026 [19:53]
Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb
- 27.05.2026 [13:58]