AZƏRBAYCANA GƏLƏN TURİSTLƏRİN SAYI SÜRƏTLƏ ARTIR
Mədəniyyət və turizm sahəsində mövcud problemlərin kompleks şəkildə həll edildiyini diqqətə çatdıran Ə.Qarayev dedi ki, Prezident İlham Əliyevin bu sahəyə aid tövsiyə və tapşırıqlarının qüsursuz həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edilir. Səmərəli struktur islahatları aparmaq, turizm imkanlarından geniş istifadə etmək, kino və teatr sahəsində işləri yaxşılaşdırmaq, istirahət parklarını yeniləşdirmək, kitabxana xidmətlərini müasirləşdirmək, görkəmli şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi barədə qərarları vaxtında icra etmək və digər istiqamətlərdə görülən işlər ardıcıl aparılır. Mütəxəssislər tərəfindən mədəniyyətin bütün sahələrinə aid dövlət proqramlarının layihələri hazırlanır. Azərbaycanda Rusiya İlinin uğurla başa çatması, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin V konfransının Bakıda keçirilməsi və digər tədbirlər mədəniyyətimizin təbliğatına geniş imkanlar yaratmış, əlaqələrin daha da genişləndirilməsi üçün yeni yollar açmışdır.
Cari ilin birinci yarısında Azərbaycana 900 min nəfər turistin gəldiyini xatırladan nazir dedi ki, ilin sonunadək bu rəqəmin iki dəfə aptaraq rekord səviyyəyə çatacağı proqnozlaşdırılır. Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirir və görülən işləri şəxsən nəzarətdə saxlayır. Dövlətimizin başçısının dekabrın 7-də Xaçmaz rayonuna səfəri zamanı Nabrandakı “Malibu”, “Palma” və “Atlant” istirahət mərkəzləri ilə yaxından tanış olması turiz sahəsinə sərmayə qoyan sahibkarları daha da həvəsləndirmiş, işlərin sürətlənməsinə təkan vermişdir.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.