SİYASƏT
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başlayıb
![](/files/galleryphoto/2024/2/1200x630/17165258385217626822_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165258386510657644_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165258382760258752_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165258385698160776_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165487434325324773_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165487432602135809_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716548743838822670_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165487433515931864_1200x630.jpg)
Laçın, 24 may, AZƏRTAC
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin - səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin mayın 24-də Laçın şəhərinə səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, diplomatik korpusun nümayəndələri Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovun, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin və digər rəsmi şəxslərin çıxışları gözlənilir.
Bundan əlavə, diplomatlara Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat veriləcək, onlar Zerti Aqro-Sənaye Parkı və Hoçazfilm kinopavilyonu ilə tanış olacaqlar. Həkəri çayına balıqların buraxılması prosesini canlı izləyəcəklər və “Xalça belə yarandı” adlı sərginin açılışında iştirak edəcəklər.