AZƏRBAYCANDA ALMANİYA CƏRRAHİYYƏ GÜNLƏRİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 6-da “Excelsior” mehmanxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Almaniyanın Sieqen cərrahlıq klinikası və “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təşkilatçılığı ilə Azərbaycanda Almaniya cərrahiyyə günlərinin açılışına həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev tədbirin əhəmiyyətindən və ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışmışdır.
Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq klinikasının direktoru Stefan Post və başqaları çıxış edərək, Azərbaycanda səhiyyə sahəsinin sürətlə inkişaf etdiyini bildirmiş, bu tədbirin Azərbaycanla Almaniya arasında səhiyyə sahəsindəki əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəyini vurğulamışlar.
Konfrans M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam etdirilmişdir.
Cərrahiyyə günləri çərçivəsində Almaniyanın tanınmış cərrahlarının iştirakı ilə qara ciyər, öd və öd yolları, mədə və 12 barmaq bağırsaq, mədəaltı vəz və sair xəstəliklərdən əziyyət çəkən xəstələr üzərində cərrahiyyə əməliyyatları canlı yayımlanacaqdır. Bu isə cərrahiyyə sahəsində fəaliyyət göstərən tibb işçilərinə tibbin ən son nailiyyətləri ilə əyani tanış olmaq imkanı yaradacaqdır.
Azərbaycanda Almaniya cərrahiyyə günləri iyunun 10-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]