İQTİSADİYYAT
Azərbaycanda elektrik enerjisi istehsalı 28,2 milyon kilovat-saat artıb
Bakı, 17 oktyabr, AZƏRTAC
2023-cü ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 milyon kilovat-saat, yəni 0,13 faiz artaraq 21 milyard 538,6 milyon kilovat-saat olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 9 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 19 milyard 854,5 milyon kilovat-saat, SES-lərdə 1 milyard 417,1 milyon kilovat-saat, digər mənbələr üzrə isə 267 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 44,6 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 53,2 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 169,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 19 milyard 404,6 milyon kilovat-saat (İES-lərdə 18 milyard 78,3 milyon kilovat-saat, SES-lərdə 1 milyard 326,3 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 368,2 milyon kilovat-saat (İES-lərdə 240 milyon kilovat-saat, SES-lərdə 79,5 milyon kilovat-saat, Günəş ES-də 48,7 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 34,4 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 731,4 milyon kilovat-saat təşkil edib.