Azərbaycanda elektrik enerjisi istehsalı artmışdır
Bakı, 21 noyabr (AZƏRTAC). Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində fəaliyyət göstərən müəssisələr tərəfindən cari ilin yanvar-oktyabr aylarında 1412,5 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə 0,9 faizlik artım əldə olunmuşdur.
Ölkədə 16,7 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bunun 7,2 faizi su elektrik stansiyalarının, 92,8 faizi istilik elektrik stansiyalarının payına düşmüşdür.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul və xidmətlərin istehsalı 11,6 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:28]
BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]
Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]