AZƏRBAYCANDA MNP XİDMƏTİNİN TƏTBİQİ PERSPEKTİVLƏRİ ARAŞDIRILIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) mobil nömrə portativliyi (MNP) xidmətinin tətbiqi perspektivləri araşdırılır. Bu xidmətin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı öz telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Sistemə keçid üçün ilk növbədə baza yaradılmalı və şəbəkədə fəaliyyət göstərən mobil operatorlar MNP xidmətinin tətbiqi üçün müvafiq texniki avadanlığın qurulmasını təmin etməlidirlər.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, nömrə portativliyi xidmətinin Azərbaycanda tətbiq olunması məqsədi ilə ölkənin telekommunikasiya bazarında fəaliyyət göstərən həm stasionar, həm də mobil rabitə operatorlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılması nəzərdə tutulmuşdur.
Bu xidmətin tətbiqinə ABŞ-da 1996-cı ildə, Böyük Britaniya və Niderlanda 1999-cu ildə, İspaniya və İsveçrədə 2000-ci ildə başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]