Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda mövcud demokratik mühit həmkarlar ittifaqlarının azad fəaliyyətinə geniş imkanlar açır ŞƏRH

Azərbaycanda mövcud demokratik mühit həmkarlar ittifaqlarının azad fəaliyyətinə geniş imkanlar açır  ŞƏRH

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsidir. Hazırda biz fəaliyyətimizin daha da təkmilləşdirilməsi istiqamətində səylə çalışırıq. Azərbaycanda bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarının ən ali səviyyədə təmin edilməsi ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da səmərəli fəaliyyətinə geniş imkanlar açır. Biz bu imkanlardan yararlanaraq ittifaq üzvü olan vətəndaşlarımızın iş şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətimizi qururuq. Həmçinin üzvlərimizin sağlamlığına, sanatoriya, kurort müalicəsinə, istirahətlərinin təşkilinə diqqətimizi artırırıq. Hazırda Konfederasiyaya məxsus sanatoriyalara baxışlar keçiririk, vəziyyətlə yerində tanış oluruq. Bilirsiniz ki, hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi və istirahəti üçün hər cür şərait yaradılır. Lakin onu da etiraf edək ki, hazırkı infrastrukturla bütün üzvlərimizin bu xidmətlərə əlçatanlığını tam təmin edə bilmirik. Bunun üçün mövcud vəziyyət diaqnostika olunur və biz bu prosesə Azərbaycan İnvestisiya Holdinqini, habelə beynəlxalq konsaltinq - “Boston Consulting Group” və "McKinsey & Company" şirkətlərini cəlb etmişik, həmçinin xarici təcrübə öyrənilir. Çalışacağıq ki, sanatoriyaları daha müasir avadanlıqlarla təchiz edək, maddi-texniki bazanı təkmilləşdirək, eyni zamanda qabaqcıl beynəlxalq tələblər və mütərəqqi üsullarla idarə olunmasını təşkil edək. Sahə həmkarlar ittifaqlarının rəhbərləri ilə keçirdiyimiz görüşlərdə yollayışların verilməsində növbəlik prinsipinin qorunmasını xüsusi olaraq tövsiyə edirik. Çünki bu imkandan ehtiyacı olan bütün ittifaq üzvləri yararlanmalı, əlçatanlıq təmin olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzindədir: “Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi davamlı sosial-iqtisadi islahatlar, qəbul etdiyi mütərəqqi proqramlar, bu istiqamətdə verdiyi vacib fərman və sərəncamlarla xalqımızın maddi təminatı dəfələrlə yüksəlib. Müstəqil iqtisadi siyasət həyata keçirən dövlətimizin geniş maliyyə imkanları xalqımızın bilavasitə mənafeyinə xidmət edir. Son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə artıb. Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edən Prezident İlham Əliyev bildirdi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. Təbii ki, bu da ittifaq üzvlərinin sosial rifahına ciddi təsir göstərəcək.

Təcrübə göstərir ki, sosial dialoqun köməkliyi ilə mürəkkəb məsələlərin həlli, sosial sabitliyin təmin edilməsi ən uğurlu yoldur. Biz bundan sonra da qarşılıqlı əmək və sosial-iqtisadi münasibətləri sosial tərəfdaşlıq prinsipləri üzərində quracaq, hökumət və işəgötürənlərlə real dialoqu davam etdirəcək, əmək münasibətləri sisteminin optimallaşdırılmasına, sivil sosial tərəfdaşlığın inkişafı və təkmilləşdirilməsinə töhfələr verməyə çalışacağıq. Məlumdur ki, AHİK qadınların ölkənin sosial-iqtisadi həyatında fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmasına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Respublika üzrə həmkarlar ittifaqı üzvlərinin 50 faizdən çoxu qadınlardır. Statistik hesabatların araşdırılması onu deməyə əsas verir ki, yerlərdə qadın və kişilər üçün bərabər hüquq və imkanların təmin olunması vacib məsələdir. Odur ki, bu sahə üzrə fəaliyyətimizi daha da intensivləşdirəcəyik. Eləcə də Konfederasiyada işçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesi aparılır, struktur təkmilləşdirilir və beynəlxalq standartlara uyğunlaşdırılır”.

Gənclərin böyük qisminin həmkarlar ittifaqı sıralarında olduğunu deyən Konfederasiya sədri vurğulayıb: “Həmkarlar ittifaqı üzvlərinin 38 faizindən çoxunu gənclər təşkil edir. Onların həmkarlar ittifaqlarının gələcək inkişafında və daha da möhkəmlənməsində rolu böyükdür. Buna görə də gənclərin sosial-iqtisadi problemlərinin həllinə kömək göstərilməsinə, onların həmkarlar ittifaqı strukturlarındakı fəaliyyətinə, keçirilən tədbirlərə cəlb edilməsinə və həmkarlar ittifaqının kadr ehtiyatının gənclər hesabına yaradılmasına xüsusi önəm verəcəyik. Gənc kadrların hazırlanması və ixtisasının artırılmasında AHİK-in nəzdində olan Əmək və Sosial Münasibətlər Akademiyasının üzərinə də xüsusi məsuliyyət düşür. Akademiyanın digər təhsil müəssisələri sırasında abituriyentlər üçün cəlbediciliyinin artırılması, eyni zamanda, rəqabətədavamlı struktur olaraq təkmilləşdirilməsi sahəsində də ciddi, ölçüləbilən nailiyyətlərin əldə olunması məqsədilə müvafiq tapşırıqlar verilib. AHİK və üzv təşkilatlar beynəlxalq həmkarlar ittifaqı hərəkatının bir parçası olaraq Beynəlxalq Əmək Təşkilatı, eləcə də beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatları ilə daha sıx təmaslar quraraq münasibətlərini genişləndirəcək. Qeyd edim ki, sentyabrın 26-27-də Bakıda Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Pan-Avropa Regional Şurası ilə birgə “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans keçirdik. Bu çərçivədə beynəlxalq həmkarlarla keçirdiyimiz görüşlərdə gələcək əməkdaşlıqla bağlı geniş müzakirələr apardıq, istiqamətləri müəyyənləşdirdik”.

AHİK sədri sonda bir daha vurğulayıb ki, hazırda bütün istiqamətlər üzrə araşdırmalar davam etdirilir, yerlərdə mövcud vəziyyət öyrənilir və görüləcək işlərlə bağlı qərarlar qəbul edilir. Əsas məqsəd Azərbaycan həmkarlar ittifaqlarını dinamik olaraq inkişaf etdirmək, cəmiyyətdə nüfuzunu artırmaq, yeni çağırışlara uyğun olaraq konfederasiyanın fəaliyyətini ardıcıl olaraq təkmilləşdirmək və Azərbaycanın xoşbəxt gələcəyinə mühüm töhfələr verməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib