Azərbaycanda sığorta növləri ilə bağlı xüsusi mobil tətbiq hazırlanacaq
Bakı, 30 noyabr, AZƏRTAC
Sığorta növləri ilə bağlı xüsusi mobil tətbiq hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.
“Mobil tətbiq iki hissədən - məlumatlandırma və əməliyyat hissələrindən ibarət olacaq. Vətəndaş qanunla tələb olunan məlumatları daxil etməklə sığorta şəhadətnaməsi əldə edəcək yaxud onu yeniləyəcək. Bu, həm də AMB-yə sığorta şikayətlərini və sığorta hadisələrini izləməyə imkan verəcək. Həmin mobil tətbiqdə vətəndaş sığorta hadisəsi baş verməsini və məsələnin həlli prosesini izləyə biləcək”, - deyə V.Qurbanov diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]