Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda son 10 ildə təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb

Azərbaycanda son 10 ildə təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb

Bakı, 6 avqust, AZƏRTAC

Təhsilin keyfiyyəti cəmiyyətin sosial-iqtisadi inkişafına əsaslı şəkildə təsir göstərir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov bildirib.

O vurğulayıb ki, Azərbaycanda son 10 ildə təhsil sisteminin yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” qəbul olunub. Proqramın məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, təhsilin cəlbediciliyinin və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması idi. Proqramda əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılması da prioritet istiqamət idi. Proqramın icrası çərçivəsində ali təhsilin qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması istiqamətində yenidən qurulması sahəsində mühüm işlər görülüb.

İlham Hümbətov bildirib ki, təhsil sahəsində ortaya çıxan yeni çağırışlar və Azərbaycan iqtisadiyyatının müasir inkişaf mərhələsinə daxil olması ölkədə təhsilin inkişafı üzrə vahid dövlət strategiyasının formalaşdırılmasını zəruri edirdi. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiqləndi. Sənəddə təhsilin keyfiyyəti başlıca strateji prioritet kimi götürülüb. Həmçinin ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədilə təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb. Göstərilən hədəflərə nail olunması və mövcud tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılması üçün ölkəmizin beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə uyğun təşkil olunan təhsildə keyfiyyət təminatı sisteminin yaradılmasını labüd edirdi.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli müvafiq Fərmanına əsasən, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilməsi yolu ilə yenidən təşkil edildi. Agentlik Azərbaycanda beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi sahəsində peşəkar qurumdur. Agentlik mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsini təmin edir. Habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərir. Müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənir və tətbiq edir. Agentliyin yaradılması təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım idi.

İlham Hümbətov diqqətə çatdırıb ki, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni nailiyyətlər əldə etmək məqsədilə bu sahədə qəbul olunan qərarlar və onların nəticələri təhlil olunur. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqaməti və vəzifələrindən biri də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi və akkreditasiya məqsədilə təhsil müəssisələrinin qiymətləndirilməsinin təşkil edilməsidir. Bu fəaliyyət istiqamətinə dair beynəlxalq təcrübə, Boloniya prosesi üzrə Azərbaycan Respublikasının öhdəlikləri və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhlil edilib. Nəticə olaraq bu sahədə yerli qanunvericiliyin mövcud tələblərə uyğun şəkildə təkmilləşdirilməsinə zərurət olduğu müəyyənləşdirildi. Göstərilənlər nəzərə alınaraq, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” yeni redaksiyada təsdiq edildi. Qaydaların yeni redaksiyası təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı ilə bağlı üstünlüklər yaratdı.

“Akkreditasiya prosesi təhsil proqramları və tədrisin təşkili, təhsil müəssisələrində idarəetmənin yaxşılaşdırılması ilə yanaşı, təhsil müəssisələrində daxili keyfiyyət təminatı qurumunun yaradılması, hesabatlılıq, şəffaflıq, beynəlmiləlləşmə kimi mühüm məsələlərə də öz töhfəsini verir. Təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlanaraq ali təhsil müəssisələrində çalışan akademik və inzibati heyətə çatdırılıb. TKTA tərəfindən 22-dən çox ali təhsil müəssisəsində məlumatlandırma günləri təşkil olunub və akkreditasiya qiymətləndirilməsi proseslərinə cəlb olunması planlaşdırılan ekspertlərin sertifikatlaşdırılması məqsədilə 220-dən çox namizəd təlimlərə cəlb edilib. 2021-ci ildə beynəlxalq təcrübənin öyrənilməsi və təhlil edilməsi, müvafiq xarici təşkilatlarla əməkdaşlığın qurulması sahəsində də bir sıra önəmli nailiyyətlər əldə olunub. Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Türkiyə Respublikasının Ali Təhsil üzrə Keyfiyyət Təminatı Qurumu (YÖKAK) və Qazaxıstanın Təhsildə Keyfiyyət Təminatı üzrə Müstəqil Agentliyi (İQAA) arasında ikitərəfli anlaşma memorandumları imzalanıb. Sözügedən memorandumlar tərəflər arasında təcrübə mübadiləsi, ali təhsil müəssisələrinin institusional akkreditasiyası və qiymətləndirilməsi prosesində iştirak, ehtiyac yaranarsa tərəflərə təlimlərin təşkili, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə əməkdaşlıq kimi vacib məsələləri özündə ehtiva edir. Həm YÖKAK, həm də İQAA Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyayanın (ENQA) tamhüquqlu üzvləridir. Bu iki təşkilatla qurulan yaxın əməkdaşlıq münasibətləri yaxın gələcəkdə Azərbaycanın ENQA-ya assosiativ yox, tamhüquqlu üzvlüyünün əldə olunmasına müsbət təsir göstərəcək. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu proseslərin məntiqi davamı olaraq qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə, Azərbaycanda effektiv daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərir”, - deyə İlham Hümbətov qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO