İDMAN
Dənizkənarı Milli Parkda "Uşaqlar idmanı sevir" adlı festival keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17172516831288926988_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172516832662856665_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172516832417929053_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717251868692326799_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717251683747940055_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172516832731148553_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717251795186034422_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172517955968349120_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/171725179518247164_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172517955716446640_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717251795322553259_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172517955979514794_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172517953478215541_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172517956083916498_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172517955418034081_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717251795225124868_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Dənizkənarı Milli Parkda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar idmanı sevir” adlı festival keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan festival çərçivəsində 12 yaşlı pəhləvan Əli Muxtarov iki əli üzərində yeriyərək 1280 kiloqramlıq avtomobili dişləri ilə dartıb.
Azyaşlı pəhləvan bildirib ki, bu idman növü ilə məşğul olmağa 5 yaşı olarkən başlayıb: "Babamdan görüb pəhləvanlığa həvəs salmışam. Bu adət-ənənəni davam etdirmək istəyirəm. O, mənə əlləri üstə dayanaraq yeriməyi öyrətmişdi. Bu vəziyyətdə maşın dartmaq üçün mənə 1-2 il vaxt lazım oldu. Bu gün nümayiş etdirdiyim hərəkəti isə qazilərə və şəhid analarına həsr edirəm".
Cüdo ilə də məşğul olduğunu söyləyən Əli Muxtarov Azərbaycanın titullu cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərovun yolu ilə getmək istədiyini bildirib.
Tədbirdə musiqi sədaları altında stolüstü tennis, badminton, şahmat, avarçəkmə, voleybol, aykido, kapoeyra və digər idman növləri üzrə idmançıların da maraqlı nümayişi keçirilib.
Daha sonra nazirlik tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar məktəblilər arasında təşkil olunan esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam edib.