Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Hörmətli Baş nazir!

Hörmətli mətbuat nümayəndələri!

Bu gün mən Türkiyədə olmağımdan çox böyük məmnunluq hissi duyuram. Milli Məclis Baş nazir vəzifəsinə təyin olunmağıma razılıq verdikdən sonra məni ilk təbrik edən dəyərli qardaşım, Türkiyə Respublikasının Baş naziri hörmətli Rəcəb Tayyib Ərdoğan olmuşdur. Bu, mənim üçün çox əzizdir və çox təbiidir. Çünki ölkələrimiz bir-biri ilə o qədər bağlıdır ki, insanlarımız bir-birinə o qədər böyük hörmət və məhəbbət hissləri bəsləyir ki, bu hal təbii qarşılanmalıdır. Mən buna görə hörmətli Baş nazirə öz minnətdarlığımı bildirirəm.

O da təbiidir ki, bu vəzifədə mənim ilk səfərim məhz Türkiyəyə olmalı idi və belə də oldu. Bu gözəl ənənə yaşayır və bundan sonra da yaşayacaqdır. Bütün beynəlxalq təşkilatlarda, bütün məsələlərdə biz daim Türkiyənin dəstəyini, köməyini hiss etmişik və indi də hiss edirik. Azərbaycan da öz növbəsində həmişə Türkiyənin yanındadır. Biz bir millət, iki dövlətik. Biz iki ölkəni maraqlandıran bütün məsələlərdə qarşılıqlı surətdə faydalı əməkdaşlıq edirik, region üçün, dünya üçün əhəmiyyətli irimiqyaslı layihələri həyata keçiririk. Əgər Azərbaycan və Türkiyənin iradəsi, əzmkarlığı olmasaydı, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng neft layihəsi həyata keçirilə bilməzdi. Biz bu əfsanəni reallığa çeviririk. Regionda və dünyada Türkiyə-Azərbaycan əməkdaşlığı bizə imkan verir ki, ölkələrimiz beynəlxalq aləmdə çox mühüm ölkələrə çevrilsin. Bütün məsələlər üzrə aramızda qarşılıqlı anlaşma, qardaşlıq hissi mövcuddur. Biz bunu çox yüksək qiymətləndiririk.

Azərbaycanla Türkiyənin taleyi birdir. Xalqlarımız bir-birilə sıx bağlıdır. Bizim hökumət rəhbərlərinin vəzifəsi ondan ibarətdir ki, xalqlarımızı daha da yaxınlaşdırsın, ölkələrimizə fayda gətirsinlər.

Mən burada olmağıma çox şadam. Türkiyə mənim üçün əziz bir ölkədir, həyatımın bir hissəsi burada keçmişdir. Mən Türkiyəni özüm üçün ikinci Vətən kimi qiymətləndirirəm. Sizi əmin etmək istəyirəm ki, öz vəzifəmdə və gələcək fəaliyyətimdə ölkələrimizi daha da yaxınlaşdırmaq üçün əlimdən gələni edəcəyəm. Bu, bizim strateji xəttimizdir, bizim siyasətimizdir. Ölkələrimizi gücləndirən və bir-birinə daha da bağlayan amillərdir. Əlbəttə, Azərbaycanla Türkiyə birlikdə bu mühüm məsələləri, irimiqyaslı iqtisadi layihələri həyata keçirdikdən sonra ölkələrimiz daha da güclənəcəkdir.

Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Biz irəliyə çox nikbinliklə baxırıq. Ancaq bizi ən çox narahat edən məsələ Ermənistan-Azərbaycan münaqişəsidir, Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Biz bu işğala son qoymaq istəyirik, məsələnin sülh yolu ilə həll olunmasına tərəfdarıq. Lakin, eyni zamanda, Azərbaycan xalqının səbri də tükənməz deyildir. Biz qısa bir müddət ərzində beynəlxalq təşkilatların yardımı ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına tərəfdarıq. Amma bu müqavilə ədalət prinsipləri əsasında imzalanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməli, bir milyona yaxın qaçqın-köçkün öz doğma ata-baba torpaqlarına qayıtmalıdır. Bu prinsiplər əsasında sülh müqaviləsi imzalana bilər.

Mən fürsətdən istifadə edərək, Türkiyə hökumətinə, dövlətinə bir daha minnətdarlığımı bildirirəm ki, onlar bu məsələdə daim Azərbaycanın yanında olmuş, bizə dəstək vermişlər. Azərbaycan haradadır, Türkiyə də oradadır, Türkiyə haradadır, Azərbaycan da oradadır. Biz bu siyasəti aparırıq və bundan sonra da aparacağıq.

Məni doğma Vətənimə dəvət etdiyinə görə əziz qardaşım hörmətli Rəcəb Tayyib Ərdoğana bir daha öz minnətdarlığımı bildirirəm.

X X X

Sonra baş nazirlər jurnalistləri maraqlandıran suallara cavab verdilər.

SUAL: Hörmətli Baş nazir Ərdoğan. Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsində böyük xidmətlər göstərmişdir. İlham Əliyev Prezident Heydər Əliyevin siyasi xəttinin ən layiqli davamçısı hesab olunur. Bugünkü görüşdən sonra ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi üçün bu işlər davam etdiriləcəkmi?

RƏCƏB TAYYİB ƏRDOĞAN: Bir az əvvəl hörmətli Baş nazir İlham Əliyevi dinlədik və istər təkbətək görüşümüzdə, istərsə də geniş tərkibdə görüşdə biz Türkiyə ilə Azərbaycan arasında əlaqələrin gələcəkdə də inkişaf etdiriləcəyini bildirmişik. Biz bu yolda mühüm addımlar atılmasının vacibliyini də vurğuladıq və gördüyünüz kimi, burada ilk imzalar atıldı. Bundan sonra bu prosesləri sürətləndirərək inkişaf etdirəcəyik. İstər qarşılıqlı enerji layihələrinə, Bakı-Tbilisi-Ceyhan boru kəmərinə dair, istərsə də hələ həyata keçirilməsinə başlanılmamış, beyinlərimizdə tamamilə formalaşmış olan “Şahdəniz” layihəsinə dair məsələləri ətraflı müzakirə etdik. İnşaalah, bu məsələni 2006-cı ildə və böyük əhəmiyyəti olan nəhəng Bakı-Tbilisi-Ceyhan layihəsini isə 2005-ci ildə başa çatdıracağıq.

Bütün bunlarla yanaşı, Avropaya və dünyaya yeni bir şəkildə açılacaq Azərbaycan bütün mal ixracatında, ticarət və iqtisadi sahələrdə daha da inkişaf edəcəkdir. Bizim qarşılıqlı iqtisadi əlaqələrimizin güclənməsi həm ikitərəfli əməkdaşlığımızln inkişafına, həm də üçüncü ölkələrə müştərək sərmayə qoymamıza səbəb olacaqdır. Biz bu məsələdə razılığa gəlmişik və inanıram ki, bu sahədə gələcək əməkdaşlığımız çox yaxşı olacaqdır.

SUAL: Hörmətli Baş nazir Ərdoğan. Azərbaycanda prezident seçkiləri yaxınlaşır. Bugünkü görüşlərinizdə bu mövzu müzakirə olundumu? Türkiyənin bir sıra mətbuat orqanlarında belə bir fikir səslənir ki, bu seçkilərlə bağlı Türkiyənin hansısa bir narahatlığı var. İkinci sualım Qarabağla bağlıdır. Ermənistanda belə bir fikir mövcuddur ki, bu ölkəni Türkiyəyə Qarsla birləşdirəcək dəmir yolunun layihəsi barədə hazırlıqlar başa çatdırılmışdır. Türkiyə Ermənistanla dəmir yolunu açacaqmı və yaxud belə bir plan varmı?

RƏCƏB TAYYİB ƏRDOĞAN: Birinci sualınızla əlaqədar demək istərdim ki, Azərbaycanda keçiriləcək seçkilər bizim ölkəmizdə də diqqətlə izlənilir. Bu sual müntəzəm olaraq bizə verilir. İlham bəy də öz namizədliyini irəli sürmüşdür. Ümidvarıq ki, 15 oktyabrdan sonra Azərbaycan daha güclü sabitliyə nail olacaqdır. Əslində, bunları mənim söyləməyimə ehtiyac yoxdur, İlham bəy görüşlərimizdə bunların hamısını lazımınca açıqlamışdır. Tam bir demokratik, hər kəsin öz iradəsini nümayiş etdirəcəyi bir seçki olacaqdır və təbiidir ki, belə bir seçkinin nəticəsinin də dünyada qəbul olunması çox mühümdür. İnanıram ki, 15 oktyabrdan sonrakı zaman istər Azərbaycandakı yeni bir inkişafa, istərsə də yeni bir demokratik şəraitin güclənərək davam etməsinə səbəb olacaqdır.

İkinci sualınıza gəlincə, bizim hazırda müzakirə etdiyimiz yeganə bir layihə - Qars-Tbilisi layihəsi vardır. Biz hələ bu layihəni həyata keçirməmişik. Digər tərəfdən, bizim hələ Ermənistanla əlaqədar hər hansı bir addım atmağımız haqqında söhbət getmir. Hazırda biz Qars-Tbilisi layihəsini nəzərdən keçiririk və əsas məqsədimiz türkdilli cümhuriyyətləri əhatə edəcək bir dəmir yolu layihəsini həyata keçirməkdir. Bu dəmir yolu vasitəsilə bütün türkdilli cümhuriyyətlərlə əlaqələri möhkəmləndirmək istəyirik. Məqsədimiz budur, lakin açıq söyləmək istəyirəm ki, biz bu layihəni hələ həyata keçirməmişik.

SUAL: Hörmətli Baş nazir Ərdoğan. Görüşlərinizdə beynəlxalq məsələlərin də müzakirə olunduğunu söylədiniz. Mən İraqla bağlı sual vermək istəyirəm. Prezident Corc Buşun Amerika xalqına müraciətində Şimali İraqın özünüidarəyə doğru getdiyi bildirilir. Bu, Türkiyənin İraqla bağlı mövqeyinə zidd deyildirmi?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir