AZƏRBAYCANIN ENERGETİKA OBYEKTLƏRİ QIŞ MÖVSÜMÜNƏ HAZIRDIR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Şimal” DRES-də 400 meqavat gücündə buxar-qaz qurğusu üçün nəzərdə tutulan yeni qaz kəməri maksimum yüklənmə həddinə çatdırılmışdır. Bu, enerji blokunun sabit işinə - yanacaqla təmin edilməsinə mane olan ən çətin problemin həlli deməkdir. Bununla yanaşı, stansiyada hasil olunan enerjinin energetika sisteminə ötürülməsini təmin edən 110 kilovoltluq elektrik xəttinin yenidən qurulması işləri də başa çatır.
Təmir kampaniyası Mingəçevir və Şəmkir su elektrik stansiyaları silsilələrində də uğurla aparılmışdır. Yazda Kür çayının səviyyəsinin qalxması nəticəsində su anbarlarında əvvəlki illərdən xeyli çox su ehtiyatı toplamaq mümkün olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]