Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsi Marneulidə əsl bayram ovqatı yaratmışdır
Bakı, 16 may (AZƏRTAC). Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsi Gürcüstanda yaşayan azərbaycanlıların, o cümlədən Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon əhalisinin böyük sevincinə səbəb olmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, onlar bu qələbəni Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin binası önünə toplaşaraq Azərbaycan və Gürcüstan bayraqları ilə şəhərin mərkəzinə doğru yürüş etmişlər. Şəhərin mərkəzi küçələrində “Azərbaycan! Azərbaycan!” şüarları səsləndirən yürüş iştirakçılarına şəhər sakinləri və əcnəbilər də qoşulmuşlar. Azərbaycanın milli geyimlərində aksiyaya qatılan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin “Sarvan” rəqs qrupunun üzvləri rəngarəng çıxışları ilə aksiyaya xüsusi ab-hava gətirmişlər.
Yürüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlamışlar.
Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsini Gürcüstanın digər bölgələrində yaşayan soydaşlarımız da əsl bayram ovqatı ilə qeyd edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]