Azərbaycanın “Evrovision-2011” müsabiqəsindəki uğuru Gəncədə sevinclə qarşılanmışdır
Gəncə, 16 may (AZƏRTAC). Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Evrovision-2011” müsabiqəsində Azərbaycanın qazandığı böyük qələbə Gəncədə əsl bayram əhval-ruhiyyəsi yaratmışdır.
Küçələrə çıxan minlərlə gənc Avropanın ən möhtəşəm müsabiqələrindən biri olan “Evrovision-2011” yarışmasında uğur qazanmış Eldar Qasımovu və Nigar Camalı alqışlayır, 43 ölkə arasında Azərbaycana birincilik gətirmiş bu gənclərin ünvanına xoş sözlər söyləyirdilər. Bu uğuru bütün türk dünyasının qələbəsi adlandıran şəhər sakinləri əllərində Azərbaycan bayrağı şəhəri gəzirdilər. Maşın karvanı üzərində də Azərbaycan bayrağı dalğalanırdı.
Türkiyənin Gəncədəki baş konsulu Haluk Ağca da sevinənlər arasında idi. O, sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək demişdir:
- Azərbaycanın birinci yerə layiq görülməsini eşidəndə, nəinki mən, eləcə də bütün türk xalqı fərəh və sevinc hissi keçirdi. Nigarın əlində türk bayrağı ilə səhnəyə çıxması isə bizim bir millət, iki dövlət olmağımızın təsdiqi idi. Doğrudur, Türkiyə bu yarışmada sonadək iştirak etmədi. Ancaq Azərbaycanın finalda birinci yerə çıxması nəinki Azərbaycan xalqının, eləcə də bütün türk dünyasının qələbəsidir və biz bu qələbə ilə fəxr edirik.
Gəncənin idmançıları da ölkəmizdə yaşanan bu sevincə qoşularaq mərkəzi meydanda nümunəvi çıxışlar edir, Azərbaycan gənclərinin bundan sonra da yeni qələbələrə imza atacaqlarına heç bir şübhə qalmadığını ifadə edirdilər. İncəsənət ustalarının çıxışları da bu sevincə xoş ovqat qatmışdı.
Bir sözlə, bütün gəncəlilər əsl bayram əhval-ruhiyyəsi ilə qələbənin sevincini yaşadılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]