Azərbaycanın Gürcüstan sərhədinə qədər olan avtomobil yolunun təmiri xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edir
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı-Ələt-Qazax avtomobil yolunun Gürcüstanla dövlət sərhədinə qədər olan hissəsinin tikintisi və yenidən qurulması üçün 10,7 milyon manat vəsaitin ayrılması təkcə Azərbaycan iqtisadiyyatının, ölkədəki yol infrastrukturunun, əhalinin rifah halının inkişafına xidmət etmir. Bu qərar həm də Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin, xalqlarımızın sosial rifah halının, eləcə də böyük İpək yolu və digər nəqliyyat infrastrukturunun inkişafına xidmət edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tarixçi alim, politoloq Quram Marxuliya söyləyib.
Q.Marxuliya deyib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin xalqlarımızın rifah halının yaxşılaşmasına necə xidmət etməsi göz önündədir. Azərbaycanın daxilində həyata keçirilən layihələrin də Gürcüstana xeyri var. Bu layihələrin reallaşması qonşu Gürcüstanla iqtisadi, ticarət, mədəni və humanitar əlaqələrin inkişafına çox müsbət təsir göstərir. “Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidentinin bu Sərəncamı da ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafına xidmət edəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın geniş oxucu kütləsinə malik http://bizzone.info/transportation/2018/1538499258.php və
http://www.apsny.ge/base/news-1.phpda saytlarında Azərbaycan Prezidentinin Sərəncamı barədə məlumatlar dərc olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi