Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın iqtisadi dayanıqlılığı siyasi Qələbəyə səsləyir

Azərbaycanın iqtisadi dayanıqlılığı siyasi Qələbəyə səsləyir

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycanda dünya beyin mərkəzlərinin qabaqcıl mütəxəssislərinin artıq ənənə halını almış görüşləri, habelə toplanaraq aktual məsələləri müzakirə etmək üçün əsaslı məkanı vardır. Regionda, eləcə də dünyada baş verən hadisələrin müzakirə edilməsi, geniş elmi təhlil aparmaqla düzgün qiymətləndirilməsi və marağı olan ictimaiyyətə çatdırılması məhz ADA Universitetində baş tutur.

Növbəti beynəlxalq toplantı Prezident İlham Əliyevin iştirakı ilə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda noyabrın 25-də keçirildi. Həmin konfransda Prezident İlham Əliyev region üçün və dünyada cərəyan edən siyasi proseslərin axarına dair mükəmməl fikirlər səsləndirdi. Keçirilən müzakirələrdə bütün politoloqlar, beyin mərkəzləri bildirdilər ki, doğrudan da dünyamızın siyasi mənzərəsi dəyişir və məhz bu dəyişikliklər fonunda iqtisadi dəhlizlərin əhəmiyyəti artmaqdadır.

Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Azərbaycanın bütün yeni çağırışların artıq bir çoxuna hazır olduğunu bəyan etdi. Həmin çıxışın əsasında Azərbaycanın hər zaman olduğu kimi, bu gün də sülhün və regional təhlükəsizliyin əldə olunmasında maraqlı tərəf, o cümlədən dünya dövlətləri üçün etibarlı tərəfdaş olduğu fikirləri dayanırdı.

Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir və xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması, yanaşmaların tətbiq edilməsində əzmkarlıq nümayiş etdirir.

Regionun aparıcı qüvvəsi, lokomotivi olaraq artıq ölkəmizin geosiyasi əhəmiyyətinin gündən-günə artdığını müşahidə etməkdəyik. Bu, bir tərəfdən Avropa qitəsində enerji təchizatı və təhlükəsizliyi ilə bağlı yaranmış böhran, xüsusilə də neft və qazın qiymətlərində davamlı artım dinamikası fonunda, digər tərəfdən isə Rusiya-Ukrayna münasibətlərinin gərgin olaraq qalması ilə logistika və kommunikasiya yollarının yenilənməsi zərurəti nəticəsində baş verdi.

“Əminliklə deyə bilərik ki, beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində nəqliyyat və kommunikasiya dəhlizlərinin rolu əvəzsizdir. Dünyamızın siyasi arxitekturasında baş verən dəyişikliklər mövcud logistik yolların yenilənməsini diktə edir ki, burada da hər zaman sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olan Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin aktiv iştirakçısına çevrilmişdir.

Bu istiqamətdə artıq uzun illərdir görülən işlər öz nəticəsini verib və Azərbaycanda dəhlizlərlə bağlı əksər nəqliyyat, logistika infrastrukturu istifadəyə hazırdır. Hələ 2014-cü ildə Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, 2017-ci ildə ümumi sahəsi 850 hektar ərazini əhatə edən Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair Prezident İlham Əliyevin müvafiq Sərəncamı Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin bariz nümunəsidir. 2021-ci ilin iyul ayında Prezidentin Ələt Azad İqtisadi Zonasının təməlini qoyarkən vurğuladığı kimi “Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq”.

Mövcud reallıqlarda Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizləri istiqamətində istər enerji resurslarının etibarlı təminatçısı olmaqda, habelə ticari dövriyyənin artımında daha da maraqlıdır. Bütün bu dəhlizlərdə iştirak etməklə, eyni zamanda, Orta Dəhliz layihəsi ilə bağlı aparıla biləcək işlərin də təməlini qoymaq mümkün olacaqdır”, - deyə Məzahir Əfəndiyev vurğulayıb.

Onun sözlərinə görə, bu gün Azərbaycan Orta Dəhliz layihəsinin həyata keçirilməsini daha çox təklif edən, bu istiqamətdə görüləcək işlərə fikrini kökləyən ölkələrdəndir. Beyin mərkəzləri, beynəlxalq mütəxəssislər hesab edirlər ki, bu layihənin icrası hazırda tək Azərbaycan üçün deyil, bütün dünya dövlətləri üçün çox aktual və vacibdir. Bu günə qədər milli iqtisadiyyatın şaxələndirilməsi üçün qoyulmuş sərmayə, yaradılmış mövcud infrastruktur, ölkə iqtisadiyyatındakı davamlı inkişaf yeni çağırışların mükəmməl idarə olunması üçün heç şübhəsiz ki, əsas vasitələrdəndir.

“Azərbaycanda formalaşmış dayanıqlı iqtisadiyyat, eyni zamanda, bu gün ölkəmiz üçün zəruri olan Böyük Sülh Sazişinin imzalanmasına, əsasən Ermənistan tərəfinin səsləndirdiyimiz məlum beş şərti qəbul etməsinə xidmət edir. Logistika dəhlizlərinin, kommunikasiya xətlərinin yenilənməsi bizi qarşıya qoyulmuş hədəflərə, sülhə daha da yaxınlaşdırır.

Cari ildə Azərbaycan Prezidenti həm Orta Asiya ölkələrinə, habelə Bolqarıstan, İtaliya, Albaniya, Serbiya və Gürcüstana səfərlər edərək, habelə Avropa İttifaqının rəsmi nümayəndələri ilə bir sıra rəsmi görüşlər keçirərək ikitərəfli və çoxtərəfli iqtisadi məsələləri müzakirə etməklə yanaşı, eyni zamanda, bu görüşlərdən Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün Ermənistan tərəfinə əlavə təsir imkanı kimi istifadə edir”, - deyə deputat bildirib.

O, təəssüflə qeyd edib ki, Azərbaycanın haqq işinə qulp qoyan, maneçilik törədən ölkələr də var. Burada biz istər cənub qonşumuz olan İranın sərhədlərimizdə keçirilən hərbi təlimlərini, müxtəlif əsassız bəyanatlarını, istərsə də Fransa Senatının qəbul etdiyi məlum qətnamə ilə Fransanın sülh prosesinə mənfi təsir göstərdiyini müşahidə etdik. Lakin, Azərbaycanın Avropada kifayət qədər strateji tərəfdaşları, uğurla iqtisadi əməkdaşlıq etdiyi ölkələr var. Unutmayaq ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan bu gün əsas oyunçulardandır.

Beləliklə, inkişaf etmiş iqtisadiyyat mükəmməl siyasi qələbələrin əldə olunmasına xidmət göstərir, eyni zamanda, çoxşaxəli siyasi fəaliyyət də istənilən iqtisadiyyatın bərpasını, davamlı inkişafını təmin edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH