Azərbaycanın səfiri etimadnaməsinin surətini Küveytin xarici işlər nazirinə təqdim edib
Qahirə, 21 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Emil Kərimov etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Şeyx Səlim Abdullah Əl-Cabir Əl-Sabaha təqdim edib.
AZƏRTAC xəbər verir ki, Küveyt Dövlətinin Azərbaycanla əlaqələrinin gündən-günə möhkəmlənməsindən məmnunluğunu ifadə edən küveytli nazir, iki dost ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsi naminə yeni səfirə diplomatik missiyasında uğurlar arzulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə