AZƏRBAYCANIN TÜRKİYƏDƏKİ SƏFİRLİYİNDƏ MİLLİ ORDUMUZUN 90 İLLİYİ MÜNASİBƏTİLƏ RƏSMİ QƏBUL TƏŞKİL OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkəmizin Türkyədəki səfirliyində Azərbaycan Milli Ordusunun yaranmasının 90 illiyi münasibətilə rəsmi qəbul təşkil olunmuşdur.
Türkiyə Silahlı Qüvvələri dəniz qüvvələri komandanı, ordu admiralı Mətin Atac, hava qüvvələri komandanı, ordu generalı Aydoğan Babaoğlu, jandarm baş komandanı, ordu generalı İşık Koşanər, Ankaradakı diplomatik korpusların rəhbərləri və hərbi attaşelər Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovu bu əlamətdar bayram münasibətilə təbrik etmişlər.
Səfir Zakir Həşimov və diplomatik korpusumuzun hərbi attaşesi, polkovnik Ənvər İbrahimov üzərində Azərbaycan bayrağının rəsmi olan bayram tortunu kəsmişlər. Rəsmi qəbulda Türkiyənin hərbi məktəblərində təhsil alan kursantlar da iştirak etmişlər.