Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Nazir Ceyhun Bayramov dəniz quldurlarının hücumuna məruz qalmış gəmi heyətinin öldürülmüş azərbaycanlı üzvünün nəşinin vətənə gətirildiyini qeyd edərək, bu müddət ərzində məsələnin xüsusi diqqətdə saxlanılması, əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçirilməsi və göstərdiyi yardıma görə qardaş Türkiyədən olan həmkarına təşəkkürünü bildirib.
Nazir, həmçinin gəmi heyətinin əsir götürülmüş 15 üzvünün taleyi ilə, həyata keçirilən xilasetmə tədbirləri ilə maraqlanıb və sözügedən Türkiyə vətəndaşlarının tezliklə ölkələrinə geri qayıtmalarını arzu edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]