AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİNİN UKRAYNAYA RƏSMİ SƏFƏRİ
Tədbiri giriş sözü ilə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev açmışdır. Sonra nazirlər E.Məmmədyarov və K.Qrişşenko çıxış etmişlər. Ukraynanın xarici işlər naziri azərbaycanlı həmkarına Ukrayna XİN-in birinci dərəcəli xatirə nişanını təqdim etmişdir.
Qonaqlara beynəlxalq layihənin birinci kitabı - “Dostluq körpüləri. Ukrayna-Azərbaycan” kitabı hədiyyə olundu.
Oktyabrın 16-da səhər Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov və onu müşayiət edən şəxslər Kiyev vilayətinin İrpen şəhərində olmuşlar.
Burada nümayəndə heyətimiz böyük Ukrayna şairi və azadlıq carçısı Taras Şevçenkonun büstü önünə gül dəstəsi qoymuşdur.
Sonra nazir E.Məmmədyarov görkəmli oftalmoloq alim, Azərbaycan xalqının ləyaqətli qızı akademik Zərifə Əliyevanın adını daşıyan parka gəlmiş, onun buradakı abidəsi önünə gül-çiçək qoymuş, parkda ağac əkmişdir.
Sonra Kiyevə qayıdan nazir E.Məmmədyarov ümummilli lider Heydər Əliyevin Azərbaycan səfirliyinin yaxınlığında yerləşən bağçada ucaldılmış abidəsi önünə də gül-çiçək dəstəsi qoymuş, bağçada ağac əkmişdir.
Nazir E.Məmmədyarov sonra səfirliyin əməkdaşları ilə görüşmüş, Ukrayna televiziyası birinci kanalının (UT-1) siyasi icmalçısına məxsusi müsahibə verdi.
Oktyabrın 16-da Azərbaycan xarici siyasət idarəsinin başçısı Bakıya qayıtmışdır.