Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın xarici siyasəti konstruktivliyi, bərabərhüquqlu dialoqa açıqlığı ilə fərqlənir

Azərbaycanın xarici siyasəti konstruktivliyi, bərabərhüquqlu dialoqa açıqlığı ilə fərqlənir

Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair mətbuat buraxılışında ötən il xarici siyasət sahəsində görülən işlər ətraflı təhlil olunur

Bakı, 17 yanvar, AZƏRTAC

2016-cı ildə beynəlxalq vəziyyət gərginliyin və qeyri-müəyyənliyin artması ilə müşahidə olunub. Beynəlxalq güclər arasında cərəyan edən sürəkli qarşıdurma beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına, qlobal maliyyə-iqtisadi və siyasi böhranların qarşısının alınmasına, terrorizm və ekstremizmlə səmərəli mübarizənin aparılmasına, habelə sivilizasiyalararası və dinlərarası ziddiyyətlərin aradan qaldırılmasına yönələn səyləri xeyli zəiflədib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair mətbuat buraxılışında öz əksini tapıb.

Mətbuat buraxılışında qeyd edilir ki, il ərzində özünü büruzə verən sistemli problemlər sırasında beynəlxalq hüquqa seçici yanaşma və ikili standartlar davam edib. Yaxın Şərqdə səngiməyən qanlı qarşıdurmalar və artan terror təhlükəsi bu bölgədən Avropa ölkələrinə kütləvi qaçqın axınına səbəb olub və bu da həmin ölkələrdə ksenofobiya, dözümsüzlük, islamofobiya və radikallaşmanın kəskin sürətdə artımına gətirib çıxarıb.

Baş verən iğtişaşların və gərginliyin fonunda Azərbaycanın həyata keçirdiyi xarici siyasət fəaliyyəti uğurlu daxili siyasətimizi tamamlayaraq, konstruktivliyi, bərabərhüquqlu dialoqa açıqlığı, eləcə də sülh və əməkdaşlığın təşviqi kimi məqsəd və məramları ilə fərqlənib. Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünü hər sahədə əldə etdiyi yüksək nailiyyətlərlə qeyd edən ölkəmiz regional lider mövqelərini daha da möhkəmləndirib, daxil olduğu geosiyasi məkanda maraqların tarazlığının təmin edilməsi, mehriban qonşuluq münasibətlərinin təşviqi və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini artırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin V Bakı Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində qeyd etdiyi kimi, “düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla xoş münasibətlər və beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi səciyyələndirir”.

Əldə olunmuş bu sabitlik və inkişafın etibarlı dayaqlarına əsaslanan Azərbaycanın xarici siyasət fəaliyyəti ölkəmizin ərazi bütövlüyünün bərpası, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq müstəvisində mövqelərimizin gücləndirilməsi, milli maraqlarımıza xidmət edən irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi, multikulturalizm və sivilizasiyalararası dialoqun təşviqi kimi prioritet istiqamətlərə yönəlib.

Diplomatik fəaliyyətimizin əsas hədəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin artırılmasından ibarət olub. 2016-cı il də bu məqsədlərə cavab verən bir sıra mötəbər beynəlxalq təşkilatların qərarları ilə səciyyəvi olub.

2016-cı il sentyabrın 17-18-də Venesuelada keçirilmiş Qoşulmama Hərəkatının üzv dövlətlərinin dövlət və hökumət başçılarının Zirvə görüşünün Yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin hələ də icra edilməməsinə təəssüf bildirilib və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə dəstək ifadə olunub.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) aprelin 10-15-də keçirilmiş Zirvə görüşünün yekun Bəyannaməsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulması ilə müşayiət olunan işğalını pisləyən prinsipial mövqe bir daha təsdiq edilib, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icrası və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına tələb ifadə olunub. Bəyannamədə İƏT üzv ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyib və Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyətləri qətiyyətlə pisləyiblər. Yekun Bəyannamədə, həmçinin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Təmas Qrupunun yaradılması qərara alınıb.

Eyni zamanda, 2016-cı il oktyabrın 18-19-da Daşkənddə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının görüşündə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul olunub.

2016-cı il ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə mayın 16-da və iyunun 20-də Azərbaycan və Ermənistan prezidentlərinin müvafiq olaraq Vyana və Sankt-Peterburqda görüşləri keçirilib. Keçirilmiş görüşlərdə münaqişənin tezliklə sülh yolu ilə həlli üzrə substantiv danışıqlar aparılıb.

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ötən il iyulun 8-9-da keçirilmiş Zirvə görüşünün yekun Bəyannaməsində NATO üzv dövlətləri Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu prinsiplər əsasında həllinə dəstək verdiklərini bir daha bəyan ediblər.

2016-cı il 29 fevral-1 mart tarixlərində ölkəmizə səfəri zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə dair mövqeyini bir daha bəyan edib.

Ötən il sentyabrın 22-də keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın Xarici İşlər Nazirləri Şurasının görüşündə qəbul edilmiş birgə Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində digər həllini tapmamış münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi xüsusi vurğulanıb.

2016-cı il aprelin 2-5-də Ermənistan Silahlı Qüvvələri işğal etdiyi ərazilərimizdəki təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutması və hücuma keçməsi nəticəsində 6 mülki şəxs həlak olub və 33 nəfər yaralanıb. Bununla yanaşı, dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub. Cəbhədə vəziyyətin gərginləşməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilib və işğal nəticəsində yaranmış status-kvo vəziyyətinin qəbuledilməzliyi bir daha vurğulanıb.

Dekabrın 29-da Ermənistan silahlı qüvvələri vəziyyəti gərginləşdirmək, danışıqlar prosesini pozmaq məqsədilə Ermənistan-Azərbaycan sərhədində növbəti təxribat törədib. Ermənistanın bu təxribatı nəticəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinin cəsədini Ermənistan tərəfi beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq hələ də qaytarmaqdan imtina edir. Xarici İşlər Nazirliyi Ermənistanın bu təxribatı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, cəsədin geri alınması üçün zəruri və təxirəsalınmaz tədbirləri davam etdirir.

Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması üzrə fəal işlər davam etdirilib. Hesabat ili ərzində Xocalı soyqırımı ilə bağlı ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası qətnamə qəbul edib, həmçinin ABŞ-ın Nebraska, Havay, Montana və Aydaho ştatlarının qubernatorları və Viskonsin ştatının Miluoki dairəsinin başçısı müvafiq bəyanatlarla çıxış edib.

2016-cı il ərzində ölkənin ictimai həyatında baş vermiş əsas hadisələrdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 26 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” AR Referendum Aktının layihəsi ilə bağlı cari il sentyabrın 26-da ümumxalq səsverməsinin (referendumun) keçirilməsi olub. Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə Seçki məcəlləsinə uyğun olaraq, müvafiq diplomatik nümayəndəliklər və konsulluqlarda seçki məntəqələri yaradılıb. Referendum Avropa Şurası Parlament Assambleyası (AŞPA), Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyası və Türkdilli Dövlətlərin Parlament Assambleyası da daxil olmaqla 117 beynəlxalq müşahidəçi tərəfindən izlənilib. Referendumun yekunlarına dair AŞPA missiyasının mətbuat üçün açıqlamasında seçki prosesinin şəffaf, səmərəli və dinc şəkildə həyata keçirildiyi, texniki baxımdan yaxşı təşkil edildiyi, səslərin hesablanması zamanı ciddi pozuntuların qeydə alınmadığı vurğulanıb və referendumun nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyi qeyd edilib.

Demokratiya və qanunun aliliyi sahələrində beynəlxalq təsisatlarla aparılan səmərəli əməkdaşlıqla yanaşı, hesabat ili ərzində tolerantlıq, eləcə də mədəniyyətlərarası və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verilib.

2016-cı il aprelin 25-27-də Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edib. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla 147 ölkədən 4 mindən artıq iştirakçı qatılıb. Forumda müzakirə olunan mövzularda inklüziv cəmiyyətlərin dayanıqlı inkişafı və təşviqini ehtiva edən 2030 İnkişaf Gündəliyində duran məsələlər geniş əhatə olunub.

2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə yanaşı, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 Avropa Qran-pri yarışı, 17 yaşadək futbolçular arasında futbol üzrə Avropa Çempionatının final mərhələsi, V Beynəlxalq Humanitar Forumu, Dünya Xəbər Agentliklərinin V Konqresi, “ADEX 2016” Beynəlxalq müdafiə sərgisi və digər irimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycanda uğurla keçirilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun, geniş imkan və bacarıqlarının bariz nümunəsidir.

Eyni zamanda, 2016-cı ildə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının sədrlik troykasına daxil olması, BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı Baş Konfransının sədri vəzifəsinə, həmçinin BMT-nin İqtisadi və Sosial Şurası, Ümumdünya Poçt İttifaqının İnzibati Şurası, Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın İcraiyyə Şurasına üzv seçilməsi ölkəmizin əldə etdiyi nailiyyətlərinin beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

Regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması, habelə dayanıqlı inkişaf və rifahın təmini istiqamətində təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ötən il ərzində müxtəlif regional tərəfdaşlıq çərçivələri, ö cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran və Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatlarında xarici işlər nazirləri səviyyəsində keçirilmiş məhsuldar görüşlərdə fəal iştirak edib və qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il avqustun 8-də Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı, habelə “Şimal-Cənub” irimiqyaslı beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə yönələn regional əməkdaşlığın təşviqi üçün mühüm zəmin təşkil edib.

Azərbaycan Respublikasının dayanaqlı inkişafını təmin etmək məqsədi ilə ötən illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi diplomatiyamızın əsas vəzifəsi beynəlxalq, regional və ikitərəfli formatda milli maraqlarımıza cavab verən məqsədyönlü xarici iqtisadi siyasətin həyata keçirilməsi olub.

2016-cı il ərzində iqtisadi əməkdaşlıq sahəsində 16 xarici ölkə ilə hökumətlərarası komissiyaların iclasları keçirilib və iclasların yekunu üzrə imzalanmış protokollara konkret əməkdaşlıq məsələlərinə dair razılaşmalar daxil edilib.

Bununla yanaşı, ölkə iqtisadiyyatının potensialının xaricdə təşviq olunması, işgüzar dairələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, ölkəmizin iqtisadi imkanları, biznes və sərmayə mühitinin xarici sərmayədarlara tanıdılması, Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsul və xidmətlərin xarici bazarlara çıxarılması, həmçinin xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi məqsədilə 11 ölkə ilə biznes forumları keçirilib.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Türkiyə, Rusiya, ABŞ, İran, Gürcüstan, Almaniya, Avstriya, Böyük Britaniya, İsveçrə, Polşa, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərinə rəsmi və işgüzar səfərləri həyata keçirilib, həmçinin Azərbaycan Respublikası Baş nazirinin Gürcüstana, Milli Məclis sədrinin Rusiya, Türkiyə və Monteneqroya, eləcə də xarici işlər nazirinin Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, Belçika, Fransa, İsveçrə, Lixtenşteyn, Slovakiya, Çin, Qazaxıstan və Özbəkistana səfərləri olub.

Eyni zamanda, ötən il Azərbaycan Respublikasına Türkiyə, Rusiya, İran, Gürcüstan, İsrail, Qətər, Ukrayna, Albaniya, Belarus, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya, Malta, Venesuela və Vatikanın dövlət başçıları, Gürcüstan, Rusiya, Türkiyə və Macarıstanın hökumət rəhbərləri, Türkiyə, Qazaxıstan, Çexiya, Latviya, Bosniya və Herseqovina, Qırğızıstan, Belarus, Uruqvay və Braziliyanın parlament rəhbərləri, Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, İsveç, İtaliya, Malta, Bolqarıstan, İspaniya və Yunanıstanın xarici işlər nazirləri səfər ediblər. Bundan əlavə 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi, UNESCO-nun İcraiyyə Şurasının rəhbəri və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru ölkəmizə təşrif buyurublar.

Azərbaycan Respublikası Prezidentinin xarici dövlətlərə səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycan Respublikasına səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə baş tutmuş səfərlər nəticəsində 80-dən artıq ikitərəfli beynəlxalq müqavilə razılaşdırılıb və onların imzalanması təmin edilib. Qeyd olunan səfərlər çərçivəsində imzalanmış sənədlər siyasi, iqtisadi, sosial, humanitar, mədəni və digər sahələri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına dair mühüm müddəaları əhatə edib.

2016-cı ildə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikası və İraq Respublikasında səfirlikləri, Avstraliya İttifaqının Pert şəhərində isə fəxri konsulluğu açılıb. Bununla yanaşı, Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasındakı səfiri, eyni zamanda, Cibuti Respublikası, Keniya Respublikası və BMT-nin Nayrobidəki Bölməsində, Azərbaycan Respublikasının Malayziyadakı səfiri, eyni zamanda, Tailand Krallığında akkreditə olunub.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən və təsis edilməsinin 10 illiyini qeyd etmiş ADA Universiteti üçün də ötən il məhsuldar olub. Belə ki, ADA Universiteti Miçiqan Dövlət Universiteti, Sapienza Universiteti, Kaunas Texnologiya Universiteti, Dehli Universiteti, Nazarbayev Universiteti, həmçinin Portuqaliya Diplomatik Akademiyası ilə tərəfdaşlıq müqavilələri imzalayıb, eləcə də 24 tanınmış beynəlxalq ali təhsil müəssisəsi ilə mübadilə proqramı həyata keçirib. İl ərzində ADA-nın Xəzər Hövzəsinin Araşdırılması Proqramı çərçivəsində 44 ölkədən 50 əcnəbi diplomat üçün Xəzər hövzəsi ölkələrinin siyasi, iqtisadi, mədəni və enerji təhlükəsizliyinə dair müxtəlif mühazirə və seminarlar təşkil edilib. ADA Universitetinin Biznes İnstitutunun bakalavr pilləsinin ilk məzun buraxılışı baş tutub və 55 tələbə müvafiq peşə ixtisasları üzrə bakalavr dərəcəsinə yiyələnib. Eyni zamanda, ADA Universitetində təhsil almaq üçün 43 ölkədən olan əcnəbi tələbələr Beynəlxalq Təqaüd Proqramından yararlanıblar.

Yerli və xarici KİV-lə fəal əməkdaşlıq davam etdirilib, xarici siyasət məsələləri ilə əlaqədar KİV-in sorğularının operativ qaydada cavablandırılması təmin olunub. 400 nəfərdən artıq xarici KİV nümayəndəsinin akkreditasiyası həyata keçirilib və onların ölkəmizdə öz peşəkar fəaliyyətlərini həyata keçirmələri üçün zəruri şərait yaradılıb. “Rəqəmsal diplomatiya” fəaliyyəti çərçivəsində sosial şəbəkə platformalarından fəal surətdə istifadə edərək, ölkəmizə aid məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması təmin edilib.

2016-cı ildə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsi və onlara göstərilən konsulluq xidmətinin səmərəliliyinin və çevikliyinin artırılması işinə böyük önəm verilib. Ölkəmizdə beynəlxalq turizmin inkişafının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəyə gəlib-getmə prosedurunun sadələşdirilməsi, o cümlədən elektron vizaların verilməsinin asanlaşdırılması, “ASAN viza” sisteminin yaradılması, həmçinin viza rüsum dərəcələrinin aşağı salınması üzrə qanunvericiliyə dəyişikliklərin edilməsi, eyni zamanda, diplomatik və xidməti pasporta malik şəxslərin qarşılıqlı olaraq vizasız səfərlərinin həyata keçirilməsi üzrə genişmiqyaslı işlər görülüb.

2016-cı ildə olduğu kimi, bu il ərzində də Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi, suverenliyi və milli maraqlarının qorunması və beynəlxalq aləmdə layiqli təmsil edilməsi məqsədilə apardığı müstəqil, çevik və praqmatik xarici siyasət fəaliyyətini yüksələn xətlə davam etdirəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb