Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın zəfəri bütün türk xalqlarının tarixinə düşmüş şanlı Qələbədir

Azərbaycanın zəfəri bütün türk xalqlarının tarixinə düşmüş şanlı Qələbədir

Bakı, 6 aprel, AZƏRTAC

Ölkə Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə etdiyi çıxışında II Qarabağ müharibəsinin başlanmasını qaçılmaz edən səbəblər, hərbi əməliyyatların gedişi, müharibənin nəticələri və bu nəticələr əsasında yaranmış yeni reallıqlar ətraflı şəkildə təhlil olunub. Eyni zamanda, dövlətimizin başçısı öz çıxışında regionun gələcək inkişaf perspektivləri və bu perspektivlərin reallaşdırılması baxımından qlobal əhəmiyyət kəsb edən layihələrdən bəhs edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

İlk növbədə, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu dövrdə bütün Cənubi Qafqazın inkişafında böyük ləngimənin olduğunu vurğulayan millət vəkili bildirib ki, məhz rəsmi İrəvanın işğalçı siyasəti regionda daimi gərginliyin mövcudluğuna və bu əsasda yaşanan qanlı faciələrə səbəb olub: “30 ilə yaxın müddət ərzində erməni separatçıları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi ərazilərini işğal altında saxladılar. Torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdi, bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salındı, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyuldu. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıldı, qətliamlar törədildi. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülüb, o cümlədən 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilib. Bütün bunlara görə 30 il ərzində heç kim cəzalandırılmayıb. Bir tərəfdən beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq Prezidentimizin də qeyd etdiyi kimi, bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti olmayıb. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası - dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdi. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal etdiyi torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. 1993-cü ildə qəbul edilən bu qətnamələr icrasız qalmışdı. Məsələnin həlli ilə bağlı 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 28 il ərzində fəaliyyət göstərsə də, heç bir nəticə hasil olmadı. Əlbəttə ki, işğal faktorundan ən böyük zərər çəkən tərəf məhz Azərbaycan olub. Lakin Ermənistanın bu təcavüzkar siyasəti bütün Cənubi Qafqaz regionunun inkişafını da əngəlləyirdi. Çünki Azərbaycan Prezidenti hər zaman deyirdi ki, biz öz torpaqlarımızı geri alacağıq. Əgər məsələnin həlli sülh yolu ilə mümkün olmasa, biz bunu hərbi yolla edəcəyik. Hərbi münaqişə riski olan bölgəyə isə xarici investorlar tərəfindən yatırım qoyulması demək olar ki, mümkün deyil. Əlbəttə ki, əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr tərəfindən Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və müvafiq sanksiyalar tətbiq edilsəydi, məsələ sülh yolu ilə öz həllini tapa bilərdi. Lakin bu baş vermədi. Bu səbəbdən də Azərbaycan hərbi yolla öz torpaqlarını qaytarmağa məcbur oldu”.

Türk Şurasının Zirvə görüşündə təşkilata üzv dövlətlərin başçılarına bir daha erməni vandalizmi barədə konkret faktların təqdim olunmasının əhəmiyyətini qeyd edən S.Möhbalıyev vurğulayıb: “İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları 30 il ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Həmin torpaqlarda Azərbaycanın bütöv şəhərləri və kəndləri dağıdılıb, evlər viran qoyulub, tarixi abidələrimiz məhv edilib və talan olunub. Prezident İlham Əliyev bütün bunlar barədə Türk Şurasının Zirvə görüşündə təşkilata üzv dövlətlərin başçılarına bir daha ətraflı məlumat verərək qeyd edib ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bütün bunlar azmış kimi, Ermənistan rəhbərliyi bu gün də özünün qeyri-konstruktiv mövqeyindən əl çəkmək istəmir. Hələ də minaların yerləşmə xəritəsi Azərbaycana təqdim olunmayıb. Bu, əlbəttə ki, növbəti hərbi cinayətdir. Çünki müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Həmin xəritələrin bizdə olmamasına görə minalardan təmizləmə işləri daha çox vaxt aparır və bu səbəbdən də köçkün, qaçqın soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması hələlik həyata keçirilə bilməz”.

Millət vəkili bu məqamı da xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın Zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələri bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir: “Birmənalı olaraq deyə bilərik ki, məhz Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi dövrdə bu təşkilatın nüfuzu məlum hadisələr səbəbilə daha da artıb. Türk Şurasının Zirvə görüşündə də xüsusi olaraq qeyd edilib ki, 2020-ci il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Prezident İlham Əliyev də öz çıxışında bu məqamı vurğulayaraq bildirib: “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”. Beləliklə də Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Yaranmaqda olan yeni nəqliyyat dəhlizi ilə Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə, Orta Asiya isə Avropa ilə birləşəcək. Heç şübhəsiz Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə bütün Türk dünyası üçün tarixi əhəmiyyət kəsb edən bir Zəfərdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran: Qonşu ölkələr sanksiyalara qoşularsa, neft ixrac marşrutları hədəf alınacaq

Rusiya Müdafiə Nazirliyi: Bir gün ərzində Ukraynaya məxsus 250 dron məhv edilib

Soçi hava limanı son 24 saat ərzində ikinci dəfə uçuşları dayandırıb

“Bavariya” Frans Bekkenbauer Superkuboku uğrunda oyunda “Borussiya Dortmund”a qalib gəlib

İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxarır

Norveçdə aviadispetçerlərin tətili hava nəqliyyatında genişmiqyaslı fasilələrə səbəb olacaq

Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb

Almaniya Kansleri məzuniyyətdən sonra ilk səfərini meşə yanğını bölgəsinə edib

Premyer Liqa: "Zirə" doğma meydanda qələbəyə sevinib

Budapeştdə TÜRKSOY-un Fotoqraflar Görüşünün 20 illiyinə həsr olunmuş yubiley sərgisi açılıb

Sabirabadda “Mercedes” və motosiklet toqquşub, ölən var

İsmayıllıda göldə boğulan bacı-qardaşdan birinin meyiti tapılıb

Tokio yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib

Ebola peyvəndinin ilk partiyası Konqo Demokratik Respublikasına çatdırılıb

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb -YENİLƏNİB

Böyük Britaniyada dəhşətli qəza: Polis təqibi zamanı 7 nəfər həlak olub

Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının finalında

“Starlink”in orbitdəki cihazlarının sayı 11 minə çatıb

Bu saata olan əsas xəbərlər

Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

Boks üzrə ikiqat dünya çempionu Cənubi Afrikada öldürülüb

TİKA-nın inkişaf elçiləri Marneulidə "Azərbaycan evi" və GAİM-i ziyarət ediblər

Pekində İkinci Dünya Robot Yarışması başlayıb VİDEO

Pekində İkinci Dünya Robot Yarışması başlayıb VİDEO

Səfirlik və Baş konsulluq Kamçatkada azərbaycanlı turistlə bağlı vəziyyəti nəzarətdə saxlayır

Azərbaycan kanoeçisi Polşada keçiriləcək dünya çempionatında iştirak edəcək

Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq

Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

Zaur Şükürov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsində uğurla inkişaf edir

Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

“Yay Fest”in “Mühəndislik və Kod” düşərgəsi texnologiyaya həvəsi olan gəncləri bir araya gətirib

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Azər Badamov: Azərbaycanla Özbəkistan arasında iqtisadi və ticarət əlaqələri sürətlə genişlənir

Birinci Türkoloji Qurultayın 100 illiyi Tbilisidə qeyd olunub

Azərbaycan Kuala Lumpurda beynəlxalq turizm sərgisində təmsil olunub

Faciənin altıncı ildönümü: Türkiyədə sel qurbanlarının xatirəsi anılır

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı yeni imkanlar açır ŞƏRH

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının gücünü artırır RƏY

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

Bakı ilə Daşkənd arasında möhkəmlənən körpü bütöv coğrafiyanın gələcəyini bir-birinə bağlayır ŞƏRH

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

AKTİ beynəlxalq forumda Azərbaycanı təmsil edib

“Yeni nəsil energetiklər” yarışında Qazax komandası finala vəsiqə qazanıb

Yaponiya hərbi potensialını süni intellektli dronlarla gücləndirir

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək inkişaf mərhələsini yaşayır RƏY

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib ŞƏRH

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb

Krivoy Roqdakı ticarət mərkəzinə dron zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb, 9 nəfər itkin düşüb

Rusiya ordusu Kiyevdə lokomotiv deposuna zərbələr endirib

Xəzər dənizində zəlzələ baş verib

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - ŞƏRH

Qazaxıstanda pilotsuz uçuş aparatlarının köməyi ilə 63 nəfər xilas edilib

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Premyer Liqa: “Arsenal” mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

İmişlidə yol qəzası olub, piyada ölüb

Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib  YENİLƏNİB

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib

BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir