Azərbaycanla Gürcüstan arasında iqtisadi, nəqliyyat və logistika sahəsində əməkdaşlıq müzakirə edilib
Tbilisi, 23 avqust, AZƏRTAC
Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının rəqəmsal inkişaf və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi, nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Tərəflər, eyni zamanda regional nəqliyyat dəhlizləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi