Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı alim UNESCO-nun baş direktoruna müraciət etmişdir

Paris, 8 noyabr (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclasında iştirak etmək üçün Parisdə səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafael Hüseynov ölkəmizin maraqları baxımından ciddi əhəmiyyət kəsb edən bir məsələ ilə əlaqədar UNESCO-nun baş direktoru İrina Bokovaya müraciət etmişdir. Dünyanın əsas mədəniyyət, elm, təhsil təşkilatının bu günlərdə davam edən Baş Konfransında müxtəlif ölkələrin təqdimatları əsasında ayrı-ayrı xalqların və bəşəriyyətin tarixində mühüm rol oynamış şəxsiyyətlərin, eləcə də əbədi yaşamaq haqqı qazanmış əsərlərin 2014-2015-ci illərdə tamam olan yuvarlaq ildönümlərinin qeyd edilməsi haqda müraciətlərə baxılır. İlk mərhələdən keçmiş və təsdiq olunması gözlənilən müraciətlərdən biri 600 yaşı tamam olan “Məqasid ül-əlhan” əsəri ilə bağlıdır. Təəssüf ki, UNESCO-ya təqdim edilmiş sənədlərdə həmin əsərin müəllifinin adı göstərilmir, onun azərbaycanlı olduğu açıqlanmır. Bununla əlaqədar, UNESCO-nun baş direktoruna müraciət edən professor Rafael Hüseynov məktubunda həqiqətlərə aydınlıq gətirərək yazır: “Hörmətli xanım Bokova! İlk növbədə rəhbərlik etdiyiniz təşkilatın dünya mədəni irsinin qorunması və təbliği yolundakı müstəsna fəaliyyətlərini qeyd edərək bütövlükdə bunun bəşəriyyətə xidmət olduğunu təsdiqləyir, ortaq evimiz olan dünyanı daha gözəl etmək üçün verdiyiniz töhfələrə görə minnətdarlığımı ifadə edirəm.

UNESCO xətti ilə dünya xalqlarının mədəni sərvərlərinin qorunub təbliğ edilməsi, mədəniyyətlərin inkişafında böyük əməkləri və təsirləri olmuş şəxsiyyətlərin və əsərlərin yubileylərinin keçirilməsi təqdirəlayiqdir. Şübhəsiz ki, bu qəbildən olan hər təşəbbüsün arxasında elm dayanır və UNESCO-da reallaşdırılan belə niyyət və ideyalar dəqiq, yoxlanılmış, elmi prinsiplərə və mübahisəsiz dəlillərə əsaslanmalıdır, lüzumsuz ziddiyyətlər yaratmağa deyil, mehriban və işgüzar əməkdaşlıqların artmasına yönəlməlidir.

Bununla əlaqədar, 2013-cü il oktyabrın 25-də UNESCO-nun İcra Şurasında baxılmış və noyabrın 9-da Baş Konfransda təsdiqi gözlənilən bir nominasiya ilə əlaqədar yol verilmiş müəyyən qeyri-dəqiqlik və təhriflərlə bağlı narahatlığımı Sizə çatdırmaq istəyirəm. Rica edirəm ki, ciddi müzakirə tələb edən həmin məsələnin müvafiq araşdırma aparılmadan tələsik təsdiq edilməsinə yol verməmək üçün səlahiyyətiniz çərçivəsində zəruri addımları atasınız.

Məsələnin mahiyyəti ilə əlaqədar bildirirəm:

İran İslam Respublikası “Məqasid ül- əlhan” adlı musiqişünaslıq əsərinin 600 illiyinin qeyd edilməsi ilə əlaqədar təşəbbüs irəli sürərək bunun İran ənənəvi musiqisinə dair mənbə olduğunu elan edir.

İlk növbədə, onu bildirmək istərdim ki, bu müəllifi naməlum folklor əsəri deyildir. Həmin əsərin müəllifi XIV-XV əsrlərin görkəmli Azərbaycan alimi, musiqiçisi, müğənnisi, şairi, xəttatı Əbdülqadir ibn Qeybi əl-Hafiz Marağayidir (1353-1436). Əbdülqadir Marağayi dünya elmində məhz Azərbaycan musiqişünas alimi kimi qəbul edilmiş, onun haqqında Azərbaycanda dissertasiyalar, araşdırma kitabları, çoxlu elmi məqalələr yazılmışdır.

Məlumdur ki, orta əsrlərdə müsəlman Şərqində həmin dövrün qloballaşma siyasətinə uyğun olaraq ən müxtəlif xalqlara mənsub olan alim və şairlər əsərlərini Yaxın və Orta Şərq məkanı üçün ortaq olan ərəb və fars dillərində yazmışlar. Həmin səbəbdən də müasir dövrdə bəzən vaxtilə ayrı-ayrı klassiklərin əsərlərini hansı dildə yaratdıqlarına görə onların milli mənsubiyyəti ilə bağlı suallar da ortaya çıxır. Lakin Əbdülqadir Marağayi bu baxımdan da mübahisə doğurmur. O, ərəb və fars dillərindən savayı öz ana dilində - azərbaycanca da zəngin irs yadigar qoymuşdur. Elə həmin “Məqasid ül-əlhan” əsərində onun Azərbaycan dilində yazdığı şeirləri də verilmişdir.

Belə təsəvvür yaranır ki, azərbaycanlı olduğu aşkar bilinən müəllifin kimliyini nəzərə çarpdırmamaq üçün “Məqasid ül-əlhan” UNESCO-ya anonim əsər kimi təqdim edilmişdir.

Əlbəttə, bu, düzgün deyildir. Öz müəllif haqqını qoruyacaq Əbdülqadir Marağayi yoxdursa da, onun mənsub olduğu Azərbaycan xalqı var və belə ədalətsizliyə yol verilməsini rəva bilməz.

Əbdülqadir Marağayi qədim Azərbaycan şəhəri Marağada doğulmuşdur. Əsrlər öncə olduğu kimi, yenə həmin şəhərdə azərbaycanlılar yaşayır və əhali Azərbaycan dilində danışır. Lakin bugünkü coğrafiyaya görə həmin şəhər İran ərazisində, İran Azərbaycanındadır.

İran hazırda öz ərazisində olan və azərbaycanlılara aid Təbriz bazarı, Şeyx Səfi xanəgahı və məqbərəsi kimi abidələrin də İrana məxsus sərvətlər kimi UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilməsinə nail olmuşdur və bunlara etiraz yoxdur. Çünki indi həmin obyektlər müasir İranın sərhədləri içərisindədir.

Ancaq mənəvi dəyərlərə, kitablara, milli mənsubiyyətləri dəqiq bəlli olan şəxsiyyətlərə münasibətdə yanaşma başqa cür olmalıdır və onları mənimsəmək, süni şəkildə özününküləşdirmək yolverilməzdir.

Əbdülqadir Marağayinin həyatının bir hissəsi Azərbaycanın o vaxtkı paytaxtı Təbrizdə keçib. Böyük musiqiçi bir müddət Bağdadda, bir ara Anadoluda yaşayıb. 1392-ci ildə Teymurləng Bağdadı qəsb etdikdən sonra Əbdülqadiri Səmərqəndə göndərib və sənətkar neçə illər də orada ömür sürüb. Həyatının son vaxtlarını isə Əbdülqadir Heratda yaşayıb və 1436-cı ildə orada vəfat edib, məzarı da məhz indi həmin şəhərdə - Əfqanıstan ərazisindədir.

İranının üsulu ilə yanaşılarsa, deməli, indi İraq da, Özbəkistan da, Türkiyə də, Əfqanıstan da gərək Əbdülqadir Marağayini, yaxud əsərlərini öz milli sərvəti kimi UNESCO siyahısına saldırmağa cəhd edə.

Əlbəttə, bu səviyyədə, bu mahiyyətdə olan dəyərlər hər xalqa doğma gələ bilər. Bu, təbiidir. Lakin şəxsiyyətlərin real mənsubiyyəti məsələsinə də həssaslıqla yanaşılmalıdır.

Bir məqamı da nəzərə almaq lazımdır ki, İran İslam Respublikası bu əsəri bilavasitə fars, İran ənənəvi milli musiqisinə aid kitab kimi təqdim etsə də, həqiqət başqadır. Həmin əsəri diqqətlə araşdırmış bir mütəxəssis kimi bunu vurğulamağı vacib sayıram ki, orta əsrlərdə yaranmış bir çox musiqişünaslıq kitablarından fərqli olaraq “Məqasid ül-əlhan”da təhlillər fars və ərəb deyil, əsasən Azərbaycan, türk musiqisi materialları əsasında aparılır. Bunu əsərdə bir neçə yerdə müəllif Əbdülqadir Marağayi özü xüsusi olaraq diqqətə çatdırır.

Zənnimcə, İran tərəfindən Əbdülqadir Marağayinin “Məqasid ül-əlhan” əsərinin UNESCO-nun yubileylər siyahısına salınması yolundakı səylərə hörmətlə yanaşmaqla bərabər ədalət və obyektivlik naminə fərqli bir qərar qəbul edilməlidir.

Novruz nominasiyasında olduğu kimi, Azərbaycan musiqişünası Əbdülqadir Marağayinin “Məqasid ül-əlhan” əsərinin 600 illiyi də konkret bir ölkənin deyil, Mərkəzi Asiya xalqlarının - Azərbaycanın, İranın, İraqın, Türkiyənin, Əfqanıstanın, Özbəkistanın və s. ortaq abidəsinin yubileyi kimi qeyd edilməli, tədbirlərə əlaqədar ölkələrin hamısı cəlb olunmalıdır. Onların müştərək şəkildə “Məqasid ül-əlhan” və Əbdülqadir Marağayiyə həsr edilmiş beynəlxalq konfrans keçirmələri məqsədəuyğun olardı.

Yəqin ki, bundan ötrü əvvəlcə həmin ölkələrdən olan ekspertlərin iştirakı ilə optimal fəaliyyət plan müəyyənləşdirmək üçün ayrıca bir kollokvium təşkil edilməsinə də ehtiyac vardır.

Yubiley mərasimlərini UNESCO-nun himayəsi ilə layihəyə qoşulan ölkələrdən mütəxəssislər, qonaqlar dəvət etməklə həmin ölkələrin hər birində qeyd etmək, müştərək məqalələr məcmuələri buraxmaq, Marağayi konsertləri təşkil etmək və nəhayətdə Parisdə, UNESCO qərargahında da yekun tədbiri ortaq beynəlxalq məclis kimi gerçəkləşdirmək daha düzgün olardı.

Məsələnin bu şəkildə həlli UNESCO-nun ali məramı olan dostluq, anlaşma, yaxınlaşma, mədəniyyətlərarası dialoqun dərinləşməsi ideyalarına tam müvafiq gələrdi. Eyni zamanda, bu həll yolu “Məqasid ül-əlhan” və bütövlükdə Əbdülqadir Marağayi şəxsiyyətinin orta əsrlərdən bəri yerinə yetirdiyi birləşdiricilik, yaxınlaşdırıcılıq, hamı ilə ortaq dillə danışmaq missiyasının müasir imkanlar çərçivəsində daha bir parlaq təsdiqinə çevrilərdi”.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Rafael Hüseynov bildirmişdir ki, bu məsələnin ölkəmizin maraqları çərçivəsində həlli üçün gərək olan bütün tədbirlər görüləcək və ümidvarıq ki, UNESCO ilə yüksələn xətt üzrə inkişaf edən əməkdaşlığımız kontekstində son olaraq qənaətbəxş qərar qəbul ediləcəkdir.

Əsgər Əliyev

AZƏRTACın xüsusi müxbiri

Paris 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub