Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı həkim: Kahramanmaraşda yerli sakinlər bizi çox böyük coşqu ilə qarşılayırdılar…

Azərbaycanlı həkim: Kahramanmaraşda yerli sakinlər bizi çox böyük coşqu ilə qarşılayırdılar…

Səkkiz çadırdan ibarət könüllülərin tibbi hospitalı həyatın ağır sınağı ilə üzləşən sakinlərə xidmət edir

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan Könüllü Həkimlər Assosiasiyası öz ətrafında 350 nəfər könüllü həkimi birləşdirir. Postmüharibə dövründə 11 min hərbçiyə, 3500-ə yaxın şəhid ailə üzvü və qazilərə stomatoloji və tibbi xidmət göstərilib. Vətən müharibəsindən sonra həmin kateqoriyaya məxsus olanlar üzərində 250-yə yaxın cərrahi əməliyyat aparılıb.

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) sədr müavini Hüseyn Hüseynzadə bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib. O, Azərbaycan Tibb Universitetinin məzunudur, ağız və üz-çənə cərrahiyyəsi kafedrasının aspiranturasını bitirib, tibb üzrə fəlsəfə doktorudur.

Sədr müavininin dediyinə görə, postmüharibə dövründə Cəbrayıl, Şuşa, Laçın, Zəngilan, Qubadlı və Şuşada tibb məntəqələri fəaliyyət göstərir və həkimlər növbəli şəkildə həmin məntəqələrdə çalışırlar. Bundan başqa assosiasiyanın könüllü həkimləri Şuşa-Laçın yolunda keçirilən ekoloji fəalların etiraz aksiyasının ilk günündən iştirakçıların sağlamlığı keşiyində dayanırlar.

Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə göstərilən tibb yardım assosiasiyanın ilk beynəlxalq layihəsi oldu,- deyə Hüseyn Hüseynzadə söhbətini davam etdirir: “Fevralın 11-də Fövqəladə Hallar Nazirliyinin tibbi heyəti ilə birlikdə ümumi cərrah, anestezioloq-reanimotoloq, travmatoloq, üz-çənə cərrahı, stomatoloq, terapevt və cihazların quraşdırlması üçün tibbi texniklərdən ibarət 15 nəfərlik heyətlə Kahramanmaraş şəhərində təbii fəlakət nəticəsində zərər çəkənlərə tibbi yardım göstərməyə yollandıq. Yük təyyarəsi ilə süni tənəffüs aparatları, cərrahi masalar, cərrahi işıqlar, bir sözlə, bir klinikanın tam normal fəaliyyət göstərməsi üçün lazım olan bütün tibbi avadanlıqlar aparmışdıq. Bizdən əvvəl orada Fövqəladə Hallar Nazirliyinin zərərçəkənlərə tibbi yardım göstərmək üçün bir hospitalı fəaliyyət göstərirdi. Şəhərin bələdiyyə stadionunda 8 çadırdan ibarət ikinci tibbi hospital açdıq. Hospitalda 2 cərrahiyyə masasından ibarət əməliyyat bloku, 8 çarpayılıq reanimasiya, intensiv palata və 8 adi palatada ambulator şöbə həyatın ağır sınağı ilə üzləşən sakinlərə xidmət edir”.

Qardaş ölkədə bütöv küçə və prospektlərin yerlə yeksan olduğu, ev və məhəllələrin dağıntılar altında qaldığını izləmək çox ağır idi. Həmin çətin günlər sanki bizi bir az da doğmalaşdırdı, - deyə həkim bildirir: “Dəhşətli zəlzələdən sonra əhali həyəcan, təlaş və qorxu içində idi. İlk xəstəmiz təxminən 30 yaşlı serebral iflic xəstəsi bir qadın oldu. O, zəlzələ günü dağıntılar altından çıxmağa çalışarkən ayağından zədə almışdı və ağrıdan əziyyət çəkir, yeriyə bilmirdi. Bizim açdığımızı hospitalda travmatoloqlar anesteziya altında ona ilk yardım göstərdilər, ayağını müalicə edərək sağaltdılar. Sərbəst hərəkət problemi olduğuna görə əlil arabası ilə təmin olunması xanımın ən böyük arzusu idi. Assosiasiyanın sədri Oqtay Mehdiyev Türkiyədə təşkilatımızın könüllü üzvləri ilə əlaqə saxlayıb onlar vasitəsilə əlil arabası aldıq və xanımın yaşadığı kəndə gedərək arabanı ona təqdim etdik. Biz onun yaşadığı kənddə ölkəmizin adından zəlzələdə həlak olanların xatirəsinə 350-400 nəfərlik ehsan süfrəsi açdıq. Həmin kənddə sakinlərlə görüşümüz, onların bizə münasibəti çox duyğusal hisslər yaratdı. Yerli əhali bizə özlərinin ən yaxın adamları, xilaskarlar kimi baxırdılar”, - deyə assosiasiyanın sədr müavini xatırlayır.

Hüseyn həkim daha bir hadisəni yada salıb: “Təbii fəlakətdən şoka düşən ailə xilas olmaq istəyərkən 18 yaşında bir qız avtomobil qəzasına düşmüş, üz nahiyəsi partlamışdı. Bizimlə gedən həkimlər onun üzündə uğurlu cərrahiyyə əməliyyatı apardılar və səfərimizin son günlərində qızın üzünə qoyulan tikişlər söküldü. Xanım həkimlərdən son dərəcə razılıq və minnətdarlıq hissi ilə ayrıldı. Bizə ən çox xoş gələn türk qardaşlarımızın, əhalinin Azərbaycandan olanlara böyük ümidlə yanaşması idi. Azərbaycan bayrağı görəndə çox böyük qürur hissi ilə bizə yaxınlaşır, talelərindən, düçar olduqları fəlakətdən danışır və dərdlərini bölüşürdülər. Kahramanmaraşda demək olar ki, hər addımda bunu hiss edirdik və əlbəttə, bu, bizi də qürurlandırırdı. Türkiyənin televiziya kanalları, ayrı-ayrı jurnalistləri açdığımız hospitala gələrək fəaliyyətimiz haqqında süjetlər hazırladılar”.

Həmsöhbətimiz deyib ki, Azərbaycandan gedən xilasedicilərdən birinin ayağı dağıntıları təmizləyərkən beton düşməsi səbəbindən sınmışdı: “Travmatoloq Cavid Musazadə onu müayinə edərək əməliyyatsız sağaltmağı öhdəsinə götürdü. Həkim onu gipslə müalicə etdi və bir neçə gün palatada hərəkətsiz saxladıq. İndi o, artıq Türkiyədən qayıdıb və ayağı ilə bağlı narahatlıqlar da arxada qalıb. Həmin günlərdə şəhərdə yerli sakinlərdən biri ilə rastlaşdıq. Bizim Azərbaycandan gəldiyimizi bilib çox sevindi. Onun gəlini azərbaycanlı idi və zəlzələdən sonra panik atak keçirmişdi. Gəlin gecələr palatadan bayıra çıxaraq ağlayır və çox narahat hisslər keçirirdi. Həkimlər zəng

edib zərərçəkənlə danışdılar. O, bir neçə gün dalbadal müalicə üçün hospitala gəldi, psixoloqlar onunla 4-5 seans müalicəvi prosedurlar aparandan sonra psixoloji vəziyyətində stabillik yarandı. Onun həkimlərə ünvanladığı təşəkkür videosunu əziz bir xatirə kimi saxlayırıq. Diş ağrısından şikayətlənən uşaqlar var idi, onlara tibbi xidmət göstərərək ağırların sovuşmasına yardımçı olduq. Yadımdadır ki, diş ağrılarından beş-altı gecə yata bilməyən Osman adlı bir uşağa ağrıyan dişlərini müayinə edərək dərman qoydum. Səhəri gün atası zəng edərək oğlunun həmin gecə rahat yatdığına görə minnətdarlıq etdi. Kahramanmaraşda səhərlər havanın hərarəti müsbət 7-8 dərəcə olsa da, axşamlar mənfi 5 dərəcəyə düşürdü. Hava şəraiti soyuq olduğuna görə müraciətlərin çoxu soyuqdəymə ilə, bir də daha çox ayaq, qol sınığı, ağıl dişində ağrılar və üzdə travmalarla əlaqədar idi”.

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının xətti ilə Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə on gün ərzində fasiləsiz yardım edilib. Gün ərzində minimum 60-70, bəzi günlərdə isə 120-150 zərərçəkənə tibbi xidmət göstərilib. On gündən sonra 10 nəfərlik heyət geri qayıtsa da, onları başqa həkim briqadası əvəz edib. Şəhərdə yaradılan hospital hazırda da oradadır və martın axırlarınadək qardaş ölkədə fəaliyyət göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsi yad edilib

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib