“Azercell”in “4G MiFi və 3G USB Modem” kampaniyasında yenilik
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycanın mobil operatoru olan “Azercell Telekom” 18 iyun 2015-ci il tarixindən etibarən“4G MiFi və 3G USB Modem” kampaniyasında yenilik tətbiq edir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, abunəçilər “Azercell”dən “4G MiFi və 3G USB Modem” kampaniyası çərçivəsində ilk ay verilən10 geqabayt (GB) bonus bitdikdən sonra, “SERFELİ” yazıb 2525-ə göndərməklə 10 GB=10 AZN paketindən yararlana biləcəklər.
Abunəçi 10 GB=10 AZN internet paketini 2 üsulla aktiv edə bilər. “SERFELİ” yazıb 2525-ə göndərməklə və ya “Dealer Online” proqramı vasitəsilə aktivləşdirə bilər.
Qeyd edək ki, 10 GB=10 AZN internet paketi yalnız ilk ayda abunəçiyə hədiyyə kimi verilən 10 GB bonus bitdikdən sonra istifadə oluna bilər. Hər 30 gündən bir avtomatik olaraq yenilənən 10 GB=10 AZN internet paketindəki 10 GB internetin istifadə müddəti 30 gündür. Lakin 10 GB-lik paket 30 gün müddətindən tez bitdikdən sonra da abunəçi internetsiz qalmır. Bu zaman internetin sürəti 128 Kb/s təşkil edəcək. Onu da nəzərinizə çatdıraq ki, 10 GB bonus və ya bonus müddəti (30 gün) bitdikdən sonra mövcud internet paketlərindən istifadə etmək üçün müvafiq açar sözü 2525-ə göndərilməlidir.
Şirkətin aprel ayında istifadəyə verdiyi “4G MiFi və 3G USB Modem” kampaniyası çərçivəsində “Azercell”dən 4G MiFi və 3G USB modem alan hər bir abunəçiyə 10 GB həcmdə internet hədiyyə olunur. Kampaniya zamanı 3G USB modem üçün 20 AZN, 4G MiFi üçünsə, 80 AZN verilən nömrənin balansına yüklənilir və bunun qarşılığında abunəçiyə 10 GB pulsuz internet təqdim olunur.