“AZƏRENERJİ”NİN TƏHLÜKƏSİZLİK GÜNÜ KEÇİRİLMİŞDİR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qəzaların və energetika sistemində istehsalat zədələnmələrinin qarşısını almaq üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Belə ki, struktur bölmələri rəhbərlərinə, ekstremal vəziyyət nəzərə alınmaqla, daha təcrübəli əməkdaşların işə cəlb olunması, operativ briqadaların xüsusi geyim, habelə fərdi müdafiə vasitələri ilə təchiz edilməsi məsləhət görülmüşdür.
Bütövlükdə, ölkənin energetika sistemində son həftələr heç bir, hətta yüngül zədələnmə faktı qeydə alınmamışdır. Bu, vaxtında görülmüş tədbirlərin, işçilərin yüksək hazırlığı və struktur bölmələri rəhbərlərinin məsuliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]