“Azərişıq”: Sayğacların balansını mobil telefonla artırmaq mümkün olacaq
Bakı, 7 fevral, AZƏRTAC
“Azərişıq” ASC tərəfindən yeni NFC sayğaclar istifadəyə verilir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, NFC sayğaclara abonent mobil telefon ilə ödəniş edə bilər. Bununla da vətəndaş üçün ödəniş proseduru daha da rahat və asanlaşmış olur.
İstifadə üçün telefona “Azərişıq” mobil tətbiqi endirilməlidir. Bu tətbiqdən istifadə etməklə balans artırılır, daha sonra yüklənəcək məbləğ qeyd olunur və telefonu sayğaca yaxınlşadıraraq ödəniş edilir. Bu yenilik sayəsində abonent elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək.
NFC sayğacların digər müsbət tərəflərindən biri də odur ki, artıq “Azərişıq” əməkdaşı tərəfindən ünvanda sayğacın aylıq oxunmasına da ehtiyac qalmır. Bu da abonentlə nəzarətçi arasında fiziki təması aradan qaldırır və şəffaflığı tam təmin edir.
Müasir texnologiyalardan istifadə, innovativ yeniliklərin tətbiqi “Azərişıq” ASC-nin əsas hədəfləri sırasındadır. NFC sayğacların istimara verilməsi də bu istiqamətdə atılan addımlardan biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]
Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?
- 19.06.2026 [11:25]
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]