“Azərişıq”ın sədri Ağdaşda vətəndaşlarla görüşəcək
Bakı, 13 oktyabr, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov oktyabrın 14-də saat 10:00-da Ağdaş şəhərində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Ağdaş şəhəri, Xiyabani küçəsi 2 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Ağdaş Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin “199” Çağrı mərkəzinə, onlayn isə “[email protected]” elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda müraciətlər yalnız ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]