“Azərkitab”da xeyriyyə aksiyası
Bakı, 2 dekabr, AZƏRTAC
3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə “Azərkitab” Kitab Təbliğatı Mərkəzində xeyriyyə aksiyası keçirilib. Xeyriyyə aksiyasında ziyalılar, alimlər və bir sıra sənət adamları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Sabir Həsənovun təşəbbüsü ilə reallaşan aksiyada şəhid, qaçqın və məcburi köçkün ailələrinə dərsliklər, dəftərxana ləvazimatları hədiyyə edildi.
Bildirilib ki, belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.