CƏMİYYƏT
“Azərmaş” ASC-nin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib






Bakı, 10 may, AZƏRTAC
Bu gün sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, bu sahədə yaradılan şərait ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla və onun tərəqqisi ilə əlaqələndirən Ümummilli Lider yerli iş adamlarının fəaliyyətinə böyük önəm verir, onlar üçün əlverişli mühitin yaradılmasına çalışırdı.
AZƏRTAC xəbər verir ki, ölkədə sahibkarlıq mühitinin, xüsusilə regionların və daxili istehsalın inkişafı istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində yaranmış “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 10-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.