İQTİSADİYYAT
“Azertelecom” və “SOCAR Turkey Enerji” ortaq şirkət yaradır
Bakı, 23 avqust, AZƏRTAC
Türkiyə Rəqabət Təşkilatı bəzi birləşmə və satınalmalara icazə verməklə yanaşı, eləcə də “Azertelecom” MMC və “SOCAR Turkey Enerji A.Ş.” arasında ortaq şirkət yaradılmasını təsdiqləyib.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni yaradılan müəssisə “Transanatolian Fiber Taf Telekomtsnikasyon Hizmetleri” AS adı altında telekommunikasiya sektorunda fəaliyyət göstərəcək.
Qeyd edək ki, “AzerTelecom” şirkəti Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin (Transxəzər Fiber Optik Kabel Xətti) çəkilməsi layihəsini icra edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]