“Azərtütün”: 182 fermerlə tütün əkilməsinə dair müqavilə bağlanıb
Bakı, 13 aprel, AZƏRTAC
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmələrindən olan “Azərtütün ASK” MMC-də işlər mövsümə uyğun olaraq, aqrotexniki qaydalara riayət edilməklə aparılır.
MMC-dən AZƏRTAC-a bildirilib ki, tütün əkiləcək sahələrdə şum işləri və şitillərin becərilməsi başa çatdırılıb, fermerlərin gübrə təminatı həyata keçirilib. Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə etməklə 1500 hektar sahə üzrə 182 fermerlə tütün əkilməsinə dair müqavilə bağlanıb. Zaqatala Tütün İstehsalı və Emalı zavodunda isə quru tütün yarpağının emalı prosesi gedir.