“AzMeCo” şirkəti ilk məhsulunun istehsalına hazırlaşır
Bakı, 31 yanvar (AZƏRTAC). “AzMeCo” şirkətinin metanol zavodu yaxın zamanda ilk məhsulunun istehsalına başlayacaqdır.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, proseslərin tam avtomatlaşdırılacağı müəssisə ildə 720 min tona qədər metanol istehsal edəcəkdir.
İngiltərənin “Johnson Matthey” şirkətinin texnologiyası əsasında fəaliyyət göstərəcək zavodun işi üç növbədə çalışacaq 24 operator tərəfindən idarə olunacaqdır. Ümumiyyətlə isə burada 80-100 nəfərin işləyəcəyi nəzərdə tutulmuşdur. Zavodun tikintisinə 400 milyon ABŞ dolları məbləğində investisiya cəlb olunmuşdur.
Ekoloji cəhətdən ən təmiz müəssisə hesab edilən metanol zavodu son illər Azərbaycanda tikilən nadir layihələrdən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]