“AzMUN”nun növbəti məlumat sessiyası ADU-da təşkil edilib
Bakı, 21 noyabr, AZƏRTAC
“AzMUN - ölkəmizdə BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi” proqramı çərçivəsində növbəti məlumat sessiyası Azərbaycan Dillər Universitetində (ADU) keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, gənclərə BMT Modeli hərəkatı və “AzMUN” proqramı haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, BMT-nin Baş Assambleyasının “Avropada enerji böhranı” mövzusunda keçirilən simulyasiya tələbələr üçün BMT-nin strukturu barədə geniş təsəvvür formalaşmasına imkan yaradıb.
Eyni zamanda, gələcəyin diplomatı olan tələbələrə “AzMUN” proqramı çərçivəsində keçiriləcək növbəti məlumat sessiyaları və layihələrdən xəbərdar olmaq üçün layihəni izləmələri tövsiyə olunub.