“AZNEFT”İN MÜƏSSİSƏLƏRİ NEFT HASİLATINI ARTIRMIŞDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, yanvar-may aylarında “Azneft” İstehsalat Birliyinin neft və qaz çıxarma idarələri dənizdə və quruda 3 milyon 275,6 min ton neft hasil etmişlər. Proqnoza 102,2 faiz əməl edən neftçilər, əlavə 69 min 800 ton neft çıxarmışlar.
“28 May” NQÇİ-nin kollektivi 5 ayda “Günəşli” yatağından 2 milyon 324 min ton qara qızıl çıxararaq yenə də öndə gedir.
“Neft Daşları” NQÇİ proqnozu 102,9 faiz, “Nərimanovneft” NQÇİ 101,3 faiz yerinə yetirmişdir.
“Balaxanıneft”, “Abşeronneft”, “Bibiheybətneft” və “Tağıyevneft” neft və qaz çıxarma idarələri də yüksək nailiyyətlər əldə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:33]
Səbail rayonunda su təchizatı bərpa olunub
- 13.10.2026 [13:26]
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
- 13.10.2026 [12:49]
“Bug bounty” proqramına start verilir
- 13.10.2026 [12:27]
Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb
- 13.10.2026 [12:17]