AzTV-nin Bədii Şurası Xəzər rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib
Bakı, 8 fevral, AZƏRTAC
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yanında Bədii Şura ictimai fikri öyrənmək istiqamətində ictimaiyyət nümayəndələri ilə növbəti görüşünü Bakı şəhərinin Xəzər rayonunda keçirib.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-bildirilib ki, Mərdəkan Mədəniyyət Sarayında keçirilən görüşdə Bədii Şuranın üzvləri - Xalq artistləri Mənsum İbrahimov, Mübariz Tağıyev, Ramiz Quliyev, Faiq Sücəddinov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar jurnalist Flora Xəlilzadə, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova iştirak ediblər.
Bədii Şuranın üzvləri rayon ictimaiyyətinə Azərbaycan Televiziya və Radiosunda həyata keçirilən islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.
Görüşdə həm də televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.