Babək rayonunda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Naxçıvan, 18 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayon Yarımca kəndində fəaliyyət göstərən Ələkbərov Səbuhi Cabbar oğluna məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müəssisədə dezinfeksiya işlərinin aparılmadığı, divarların hamar və dezinfeksiyaedici maddələrin təsirinə davamlı səthə malik olmadığı, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı, tavan səthinin tamlığının pozulduğu, xammalın xarab olma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanması üçün xüsusi anbarın olmadığı müəyyənləşib.
Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Müxbir- Nail Əsgərov