Babək rayonunda minik avtomobilində yanğın baş verib
Naxçıvan, 28 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Zeynəddin kəndində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məlumatla əlaqədar Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Volkswagen” Touareg markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb, ön və qapı şüşələri istiliyin təsirindən yararsız vəziyyətə düşüb.